Yenilik.Az
www.Yenilik.Az » Maqazin » "Ağakərimin vəziyyəti ağırdır, nəfəsi gedir...”

"Ağakərimin vəziyyəti ağırdır, nəfəsi gedir...”

2023-12-26 , 15:48

Bir neçə il öncə insult keçirən meyxanaçı Ağakərimin (Kərim Novruzov) səhhəti ilə bağlı oğlu Kamil Novruzov açıqlama verib. 

Yenilik.az bizim.media-ya istinadən xəbər verir ki, sənətkarın övladı bununla bağlı "Xəzər axşamı" verilişində danışıb. 
"Desəm ki, atam yaxşıdır, yalan olar. Onun vəziyyəti ağırdır. Nəfəsi gedir, gəlir buna da min şükür. Atam üç dəfə insult keçirib. Birinci insult zamanı o qədər fəsad olmamışdı. Ayağında yüngül zədə var idi. Amma sonra da düzəlmişdi. İkincidə isə həm nitqində, həm də yeriməyində problem yaranmışdı. Üçüncü insultdan sonra isə artıq gəzməməyə başladı. Sonradan isə yaddaş pozğunluğu yarandı. Çoxumuzu tanımır. Nəvəsi lap kiçik olanda baxıb ona gülümsəyirdi. İndi isə ümumiyyətlə, heç bir reaksiya vermir.
Yemək yeyə bilir. Doyduğunu hiss etmir. Ac olduğunu da bilmir. Danışması çox azdır. Məsələn, deyir ki, acam. Soruşanda ki, necəsən, cavab vermir. Üstündən bir neçə dəqiqə keçəndən sonra deyir, misal üçün, yaxşıyam. Amma çox çətinliklə deyir. O, dərman içməsə, yatmır. Mütəmadi olaraq ona sistemlər vurulur ", - deyə Kamil bildirib. 
Qeyd edək ki, 2017-ci ildə Ağakərimin beyninə qan sızıb. Meyxanaçı ötən ilin dekabrında ikinci dəfə insult keçirib. 

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.