Şakiraya altı metrlik heykəl ucaldıldı - VİDEO

Şakiranın doğulduğu Kolumbiyanın Barrankilya şəhərində müğənninin şərəfinə heykəl ucaldılıb.
"Valideynlərimlə və xüsusən də anamın ad günündə bunu bölüşməkdən xoşbəxtəm".
Müğənni valideynləri Uilyam Çadid və Nidia Ripol Torradonun heykəlin önündə çəkdirdiyi fotonu da internetə yerləşdirib.
Məlumata görə, heykəl bürüncdən hazırlanıb və hündürlüyü 6,4 metrdir. Bürüncdən hazırlanmış heykəldə müğənninin 2005-ci ildə "Hips Don't Lie" mahnısına çəkdirdiyi klipdəki hərəkətləri təsvir olunub.
Qeyd edək ki, sənətçinin Barankilyadakı Metropolitano stadionunun yaxınlığında daha bir abidəsi var.

OXŞAR XƏBƏRLƏR