Yenilik.Az
www.Yenilik.Az » Maqazin » Səidə Sultan: “Uşaq əvəzinə itdən-pişikdən saxlayacağam” - VİDEO

Səidə Sultan: “Uşaq əvəzinə itdən-pişikdən saxlayacağam” - VİDEO

Səidə Sultan: “Uşaq əvəzinə itdən-pişikdən saxlayacağam” - VİDEO
2023-12-28 , 19:30

“Mənə toy lazım deyildi. Məndən olsa, toy etməzdim. Bu məsələlərə bir qədər başqa cür baxıram. Toy olması, uşaq olması şərt deyil. Mən o ağılda biri deyiləm. Anam və bacılarıma görə, toy etdim. Toy etdiyim üçün indi deyinirəm. Nəyə lazım idi axı?”

 
Bu sözləri müğənni Səidə Sultan “MTV” televiziyasında yayımlanan verilişlərdən birində aparıcının ailə həyatı ilə bağlı verdiyi sualı cavablandırarkən deyib.
 
Səidə Sultan aparıcının uşaq ilə bağlı sualına belə cavab verib:
 
“Uşaq sevmirəm. Artıq gec olduğunu düşünürəm. Uşaq məsuliyyətdir. İtdən, pişikdən saxlayacağam da. Buna görə əlləşib, vuruşmuram. Hər gün bacım mənə uşaq şəkilləri göndərir. Dedim ki, istəyirsənsə, özün dünyaya gətir”.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.