Yenilik.Az
www.Yenilik.Az » Maqazin » Roza Zərgərli: "Niyə Aygün Bəylərə sağlığında bir dənə də olsun toy vermədiniz?" - VİDEO

Roza Zərgərli: "Niyə Aygün Bəylərə sağlığında bir dənə də olsun toy vermədiniz?" - VİDEO

Roza Zərgərli:
2024-01-27 , 14:33

Müğənni Roza Zərgərli mərhum Əməkdar artist Aygün Bəylərdən danışıb. BAKU.WS xəbər verir ki, "Tarixin bir günü" verilişinə qonaq olan ifaçı Aygün Bəylərə sağlığında dəyər verilməməsindən şikayətlənib.

 
O sənətsevərləri sənətçiləri sağlığında dəyərləndirməyə çağırıb:
 
"Nigar Camal ilə Aygün Bəylər 5 il əvvəl birlikdə duet oxumuşdular. O zaman niyə onları "trend" etmirdiniz? Aygün Bəylər acınacaqlı vəziyyətdə və xəstə olanda, konsertinə görə evini girov qoyanda harada idiniz? Niyə Aygün Bəylərə bir dənə də olsun toy və tədbir vermədiniz? Niyə də niyə!? Sənətkar deyib kənardan sevmək çox asan və rahatdır. Əgər fanat kütləsi deyilən bir şey varsa, sağlığında dəyər verilməli idi. Ölü ilə reklam tutmaq, qəbirüstünə getmək, gül qoyub şəkillər çəkdirmək. Aygünün bacısı qışqıra-qışqıra dedi ki, bacım torpağa tapşırılanda çəkməyin. Amma hərənin əlində olan telefon vardı. Nə olub? Olmaz! Sənətkarın dəyərini sağlığında bilmək lazımdır".
 
Xatırladaq ki, Əməkdar artist Aygün Bəylər bu il yanvarın 6-da vəfat edib. 48 yaşlı sənətçi uzun müddət idi ki, xərçəng xəstəliyindən əziyyət çəkirdi.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.