Yenilik.Az
www.Yenilik.Az » Maqazin » Ajda Pekkan əməliyyat olundu

Ajda Pekkan əməliyyat olundu

Ajda Pekkan əməliyyat olundu
2024-02-03 , 17:11

Estetik əməliyyatları, hit mahnıları, yaşına meydan oxuyan gözəlliyi ilə tez-tez gündəmə gələn məşhur türkiyəli müğənni Ajda Pekkan əməliyyat olunub.

“Qafqazinfo” “Ensonhaber”ə istinadən xəbər verir ki,  3 gün əvvəl 77 yaşlı sənətçinin sağ çiyninə cərrahi müdaxilə edilib.
Əməliyyatdan sonra evə buraxılan sənətçi 3 həftə müalicə alacaq.
Qeyd edək ki, Ajda Pekkan ötən il verdiyi müsahibədə səhhətindəki problemlərdən və keçirdiyi əməliyyatlardan danışıb. Sənətçi ombasını sındırdıqdan sonra çiynində əzələsinin yırtıldığını və bunun ağrılara səbəb olduğunu bildirib. O, daha əvvəl də eyni çiynində vətər əməliyyatı keçirib

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.