Yenilik.Az
www.Yenilik.Az » Maqazin » Zümrüd aparıcıların toy qiymətlərindən danışdı

Zümrüd aparıcıların toy qiymətlərindən danışdı

Zümrüd aparıcıların toy qiymətlərindən danışdı
2024-05-29 , 16:35

Aparıcı Zümrüd Bədəlova son günlər saytlarda yayılan “aparıcıların fantastik toy qiymətləri” xəbərinə reaksiya verib. OLAY yazır ki, TV ulduzu bu barədə “Sözbaz”ın “xəbər10 var?” bölümündə danışıb.

 
“Standart qiymət deyilən bir anlam yoxdur. Çünki hər sifarişçi az da olsa, endirim etdirir. Nadir hallarda olur ki, istədiyin qiyməti verirlər. Hətta çox vaxt üstünə bir az da əlavə edib deyirsən, razılaşırlar. İnanmıram ki, son bir neçə ildə bu siyahıda yer alan hansısa aparıcı bu qiymətə toya gedə. Məsələn: Kəmalə Piriyevanı heç vaxt toyda görməmişəm. Toy aparıcılığı üçün 10 min, 15 min, 25 min absurd qiymətlərdir”.
 
Proqram zamanı jurnalist Pərviz Hüseyn isə siyahıda yer alan Zaur və Günay cütlüyü, Zaur Kamal, Nanə Ağamalıyeva, Kəmalə Piriyeva və Elgiz Əkbərin toy aparıcılığı etmədiyini bildirib.
 
Qeyd edək ki, təqdim edilən siyahıda bu qiymətlər yer almışdı:
 
Zaur Kamal – 15 min manat
 
Elgiz Əkbər – 14 min manat
 
Zaur və Günay Baxşəliyevlər – 25 min manat
 
Afaq Gəncəli – 10 min manat
 
Vüsalə Əlizadə – 15 min manat
 
Kəmalə Piriyeva – 8 min manat
 
Mətanət Əliverdiyeva – 5 min manat
 
Nanə Ağamalıyeva – 15 min manat

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.