Yenilik.Az
www.Yenilik.Az » Maqazin » “Deyirlər, Ağadadaş Ağayev rəhmətə gedib…” – Xalq artisti

“Deyirlər, Ağadadaş Ağayev rəhmətə gedib…” – Xalq artisti

“Deyirlər, Ağadadaş Ağayev rəhmətə gedib…” – Xalq artisti
2024-10-14 , 17:46

“Səhhətimin pisləşməsi və ölkədən getməyimlə bağlı yayılan xəbərlər əsassızdır”.

 
Bu sözləri Globalinfo.az-a Xalq artisti Ağadadaş Ağayev son günlər haqqında yayılan şayiələr haqda danışarkən deyib.
 
O, barəsində yalan məlumatlar yayıldığını bildirib:
 
“Deyirlər ki, guya Ağadadaş Ağayev ağır xəstədir və ya rəhmətə gedib. Tamamilə sağlamam və həyatdayam. Düzdür, bir müddət əvvəl səhhətimdə problem var idi, amma sonra müalicə alıb, sağaldım və əvvəlki qaydada sağlam həyatımı yaşayıram”.
 
A.Ağayev ölkədən çıxması xəbərinə belə reaksiya verib:
 
“Məlum məsələ ilə bağlı istintaq aparılır. Belə bir məqamda, araşdırma dövründə ölkəni necə tərk edə bilərəm?! Ölkədəyəm, övladlarımın, ailəmin, məni sevənlərin yanındayam. 3 gün öncə autizmli uşaqlar üçün restoranımda tədbir təşkil etmişdim. Allahın izni ilə 8 noyabr Zəfər Günü münasibəti ilə də şəhid ailələri və fiziki məhdudiyyətli uşaqlar üçün tədbir planlamışıq”.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.