Yenilik.Az
www.Yenilik.Az » Maqazin » “Atam o geyimə görə mənimlə 2 il danışmadı”

“Atam o geyimə görə mənimlə 2 il danışmadı”

“Atam o geyimə görə mənimlə 2 il danışmadı”
2026-05-05 , 13:35

"Bir dəfə elə bir geyimdə səhnəyə çıxmışdım ki, atam ona görə mənimlə 2 il danışmadı. İndi deyirəm ki, bunu niyə geyinmişdim?".

Bu sözləri müğənni Xatun Əliyeva "Full şou"da deyib. O, əvvəllər açıq-saçıq geyimin insana məşhurluq gətirdiyini düşündüyünü etiraf edib:
"İlk dəfə səhnəyə çıxanda elə düşünürdüm ki, açıq-saçıq geyinmək insanı ulduz edir, hörmət gətirir. Ətrafımdakı insanların fikrinə uyaraq elə bir geyim hazırlanmışdı ki, mən heç vaxt belə libasda olmamışdım. Atam klipdə məni o geyimdə gördükdən sonra 2 il danışmadı. İndiki ağlım olsaydı, onu geyinməzdim. Hərdən böyüklərin sözünə qulaq asmaq lazımdır". (Axşam.az)

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.