Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Müğənni Xatun: "Özünü ələ alıb, Oqtay müəllimin arzularını həyata keçirəcəksən"

Müğənni Xatun: "Özünü ələ alıb, Oqtay müəllimin arzularını həyata keçirəcəksən"

Müğənni Xatun:
2023-03-23 , 20:38

Müğənni Xatun Əliyeva dünən avtoqəzada dünyasını dəyişən əməkdar mədəniyyət işçisi, tanınmış televiziya prodüseri, rejissor Oqtay Əliyevin həyat yoldaşı aktrisa Dilarə Əliyevaya dəstək olub.

Yenilik.az xəbər verir ki, Xatun şəxsi "Instagram" səhifəsinin "Hekayələr" bölməsində paylaşım edib.
"Sən o qədər mənə təskinlik vermisən, yanımda olmusan, məni həyata qaytarmısan. İndi sən də özünü ələ alıb, ayağa qalxıb Oqtay müəllimin arzularını həyata keçirəcəksən, həm sənətində, həm də ailəndə. Yaşamağa davam edəcəksən, əzizlər, doğmalar, sevənlərin üçün! Sən güclüsən, Rəbbim sənə kömək olacaq, Amin" - deyə ifaçı qeyd edib.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.