Vəkillər Kollegiyasının sədri Anar Bağırov üçün əlamətdar gün
Bu gün Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Rəyasət Heyətinin sədri Anar Bağırovun doğum günündür.
Anar Bağırov 19 iyun 1976-cı ildə Gəncə şəhərində anadan olub. O, 1997-ci ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini hüquqşünas ixtisası üzrə bakalavr, 1999-cu ildə isə Mülki hüquq ixtisaslaşması üzrə magistr pilləsini fərqlənmə diplomu ilə bitirib.
Əmək fəaliyyətinə hüquqşünas kimi başlayan Anar Bağırov 1997–2005-ci illərdə müxtəlif təşkilat və müəssisələrdə çalışıb. 2005-ci ildə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvlüyünə qəbul olunub və həmin vaxtdan etibarən vəkillik fəaliyyəti ilə məşğul olur. 2012-ci ildən Vəkillər Kollegiyası Rəyasət Heyətinin üzvü olan Anar Bağırov 7 dekabr 2017-ci ildə keçirilən konfransda Kollegiyanın Rəyasət Heyətinin sədri seçilib.
Eyni zamanda Anar Bağırov 2010-2019-cu illərdə Hakimlərin Seçki Komitəsinin üzvü olub, 2019-cu ildən Azərbaycan Respublikasının Məhkəmə-Hüquq Şurasının üzvü, 2016-cı ildən Ədliyyə Akademiyasının "Vəkillərin peşəyə buraxılış və ixtisasartırma" fakültəsinin dekan əvəzi, Akademiyanın isə Elmi Şurasının üzvü, 2020-ci ildən Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının üzvü, habelə həminildən Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin müəllimi, 2021-ci ildən isə Milli Aviasiya Akademiyasının nəzdində fəaliyyət göstərən Dissertasiya Şurasının üzvüdür.
O, "Azərbaycan Hüquq İslahatları Mərkəzi" İB-ninsədri, Azərbaycan Hüquqşünasları Konfederasiyasının həmtəsisçisi və idarə heyətinin üzvü, Britaniya-Azərbaycan Hüquq Assosiasiyasının (BALA) İdarə Heyətinin üzvü, "Azərbaycan vəkili" jurnalının baş redaktoru, həmçinin "Cənubi Qafqaz hüquq jurnalı" və Rusiyanın "Avrasiya vəkilliyi" jurnalının redaksiya heyətinin üzvüdür.
Bundan başqa, Anar Bağırov bir sıra yerli və xarici arbitraj məhkəmələrdə arbitr vəzifəsini icra edir, həmçinin Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının ekspertidir.
Tanınmış və regional səviyyədə aparıcı hüquqşünasların reytinqini müəyyənləşdirən"Chambers and Partners" reytinq şirkətinin "Chambers Asia Pacific 2014" nəşrində "Azərbaycanda biznes hüququ" kateqoriyası üzrə aparıcı hüquqşünas olaraq tövsiyə olunub. Eyni zamanda, o, "Who`s Who Legal" reytinq şirkətinin "Who`s Who of Construction Lawyers 2013" nəşri, habelə IFLR1000, Legal500 reytinq şirkətləri tərəfindən hər il nəşr olunan reytinq cədvəllərində "yüksək səviyyədə tövsiyə olunan hüquqşünas" olaraq qiymətləndirilib.
Anar Bağırov Azərbaycan Respublikası Prezidentinin 19 may 2015-ci il tarixli Sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif olunub.
Həmçinin bir sıra yerli və xarici qurumların medalları ilə təltif edilib. Belə ki, Məhkəmə-Hüquq Şurasının 28 dekabr 2019-cu il tarixli qərarına əsasən Məhkəmə-Hüquq Şurasının "Fəxri döş nişanı" ilə, Vəkillər Kollegiyasının Rəyasət Heyəti tərəfindən "Fəxri Fərman" ilə təltif olunub, habelə "Fəxri hüquq doktoru" adına layiq görülüb. Ukrayna Vəkillərinin Milli Assosiasiyasının 17 sentyabr 2019-cu il tarixli qərarına əsasən isə Ukrayna Vəkillərinin Milli Assosiasiyasının "Fəxri döş nişanı" ilə təltif edilib.
Yerli və xarici hüquq jurnallarında 50-dən çox məqalənin müəllifidir.
Onun rəhbərliyi dövründə Azərbaycan vəkilliyi yeni inkişaf mərhələsinə qədəm qoyub, vəkillərin sayı dəfələrlə artıb, regionlarda vəkil qurumlarının fəaliyyəti genişləndirilib, elektron xidmətlərin tətbiqi formalaşaraq sürətləndirilib və beynəlxalq əməkdaşlıq əlaqələri əhəmiyyətli dərəcədə gücləndirilib.
E-huquq.az kollektivi Anar Bağırovu yubileyi münasibətilə səmimi-qəlbdən təbrik edir, ona möhkəm cansağlığı, xoşbəxtlik, elmi-pedaqoji və vəkillik fəaliyyətində yeni uğurlar arzulayır!
OXŞAR XƏBƏRLƏR

Vəkillər Kollegiyasının 2024-cü il üzrə fəaliyyəti barədə - HESABAT
Prezident bu şəxsləri əfv etdi - Siyahı
Azərbaycanda vəkilliyin inkişafı “Vəkillər və vəkillik fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanunu – 25 il
Milli Məclisin ən yaşlı deputatları — ADLAR
Naxçıvan MR Vəkillər Kollegiyası üzvlərinin növbəti ümumi yığıncağı keçirilib - FOTO
Ən stajlı icra başçıları - İlk “20-lik” - SİYAHI
Anar Bağırov: “Vəkil seçərkən şou verilişlərinə baxıb qərar verməyin”
Gəncə şəhərinin mərkəzində Gəncə Regional Vəkil Bürosunun yeni inzibati binasının açılış mərasimi olub
MİLLİ MƏCLİSİN DANIŞMAYANLARI – Son çağırışın ən passiv deputatları kimlər oldu? + SİYAHI
Naxçıvanda Ulu Öndərin 101 illiyi və Naxçıvanın 100 illiyi ilə bağlı konfrans və vəkilliyə namizədlərin təntənəli andiçmə mərasimi keçirilib - FOTO - YENİLƏNİB
Vəkillik institutunun güclənməsi kimləri və niyə təlaşa salıb? - ARAŞDIRMA
Prezidentin cavablandırdığı suallar - Tam mətn
Gəncədə “Müasir Konstitusiyamızın banisi Ulu Öndər Heydər Əliyev” mövzusunda elmi-praktiki konfrans keçirildi - FOTO
Vəkil Günü münasibətilə Vəkillər Kollegiyasının təntənəli tədbiri keçirildi
TƏBİB rəhbəri özünə 3 müşavir təyin etdi - FOTO
Azərbaycanda 2700-dən çox vəkil fəaliyyət göstərəcək
Yoqa, gilas, Qaçaq Nəbi... - Nə ilə yadda qalıblar?
Vəkilliyə namizədlərin andiçmə mərasimi keçirildi - FOTO - YENİLƏNİB
Keçmiş icra başçısının daha bir əmlakı hərracda satıldı 2026-06-18 , 17:11
“Bu, mənim qəmimdir, kimə nə aidiyyəti var?!” 2026-06-18 , 17:10
6 günlük qızına məclis etdi - Video 2026-06-18 , 17:05
"Zalı bağlatdırıb konsertə tək baxa bilər, amma məndən dəvətnamə istəyir" 2026-06-18 , 16:03
Zəhranın sevgilisi: “Bir yarım məzara getdi...” - FOTO 2026-06-18 , 15:56
"Övladım olsaydı, xoşbəxt qadın olardım" - VİDEO 2026-06-18 , 15:37
İlham Əliyev Bakıda açılış mərasimində - Fotolar - Yenilənib 2026-06-18 , 15:26
Aysel marketdən aldığı peçenyədən zəhərlənib - Foto 2026-06-18 , 15:23
Kəmalə Ağazadədən xəbərdarlıq: “Xırdalan nəzarətə götürülməlidir” 2026-06-18 , 15:21
Fərhad Mehdiyev susmadı: “Qızım nə videolar çəkibsə, yaxşı edib” 2026-06-18 , 14:45
“Azəriqaz”da müəmmalı kadr siyasəti: Qazini belə incidirlər – Şikayət 2026-06-18 , 14:42
“Kaş yaşayardı, o videoları çəkməyə davam edərdi” – Fərhad Mehdiyev qızından danışdı 2026-06-18 , 14:39
“Qızım mənə “bloqerlər vəkillərdən çox pul qazanır” deyirdi…” 2026-06-18 , 14:38
“Bakcell”in dəstəyi ilə 5-ci “YAŞAT” düşərgəsi başlayıb 2026-06-18 , 14:37
Xatirə geyimi ilə diqqət çəkdi — VİDEO 2026-06-18 , 14:21
"3 ay bir ayağım tamamilə işləmədi, yatağa düşdüm" 2026-06-18 , 14:15
"Başqa qadınla münasibəti var idi, onu evdən qovdum" - Əməkdar artistin keçmiş xanımı 2026-06-17 , 18:10
Məşhur deputatın ailəsinə 2.5 milyonluq zərbə! Əmlakları əldən gedir... 2026-06-17 , 16:54
Seda Sayanla Gülbən Ergendən bir-birinə ağır sözlər - Video 2026-06-17 , 16:49
"Yazırlar ki, gül kimi qız estetik etdirir" 2026-06-17 , 16:46
Prezident bu şəxsləri təltif etdi - Siyahı 2026-06-17 , 16:42
Flora Kərimova Mehriban Əliyevaya təşəkkür etdi 2026-06-17 , 16:41
Rəvan Qarayev: “Həyat yoldaşım buna icazə vermir” 2026-06-17 , 16:32
"Könül Kərimovanın oğlunun səsi yoxdur" 2026-06-17 , 16:30
Fərhad Mehdiyevin qızının həlak olduğu qəzanın VİDEOsu 2026-06-17 , 16:23
Ötən gün faciəvi şəkildə ölən Zəhranın - FOTOsu 2026-06-17 , 16:20
Müəllimlərin geyimi ilə bağlı yanlış təqdimat - Əslində necə olacaq? 2026-06-17 , 16:18
Bir vəkil Kollegiyadan xaric edildi, 5-i cərimələndi 2026-06-17 , 16:11
Veysəloğlu Şirkətlər Qrupu bu mövzuda forum keçirib - FOTO 2026-06-16 , 17:33
Sevda Yahyayeva həyat yoldaşını öpüşlərə qərq etdi - Video 2026-06-16 , 17:01
Leyla Əliyevanın iştirakı ilə Bonnda Xəzərin səviyyəsinin azalmasının ekoloji təsirləri müzakirə olunub 2026-06-16 , 16:52
İcra başçısı şəhidin məhəlləsini yarımçıq asfaltladı – Fotolar 2026-06-16 , 16:51
“Kloun” serialının 74 yaşlı “İvet”i çimərlik geyimində – Video 2026-06-16 , 16:48
Qatarlarda NARAZILIQ: Sərnişinlər ADY-ni tənqid etdi – Foto 2026-06-16 , 16:45
"Dünya sənin, dünya mənim" mahnısını xəstəxanada bəstələdim" 2026-06-16 , 16:43
Afaq Aslan təcili xəstəxanaya yerləşdirildi - VİDEO 2026-06-16 , 16:40
Azərbaycanlı çoban amansızcasına döyüldü 2026-06-16 , 16:38
Müəllimlərin geyimi ilə bağlı hüquqi əsas yaradılır 2026-06-16 , 16:34
Kərimdən ana olan Çinarəyə xüsusi jest - VİDEO 2026-06-16 , 16:32
Tramp: “Mən olmasaydım, İsrail yox olacaqdı” 2026-06-16 , 16:24
Həmid Herisçi Xalq artistinə şeir həsr etdi: “Axtarır onu indi İnterpol” 2026-06-15 , 20:39
Aysellə Sənan dini nikaha daxil oldu - VİDEO 2026-06-15 , 20:31
Mahsun Kırmızıgül Bakıya onun oğlunun toyuna gəlibmiş - VİDEO 2026-06-15 , 20:26
Ərdoğan Azərbaycanı təbrik etdi 2026-06-15 , 20:19