Yenilik.Az
www.Yenilik.Az » Maqazin » Nadir: “Ən abırsız insanlar Azərbaycanda yaşayır” - VİDEO

Nadir: “Ən abırsız insanlar Azərbaycanda yaşayır” - VİDEO

Nadir: “Ən abırsız insanlar Azərbaycanda yaşayır” - VİDEO
2026-05-20 , 10:16

“4 gündür ki, Moskvadayam. Hava çox istidir, amma "istidir" deyib, lüt gəzən adam görmədim. Bizdə yay gəlməmiş insanlar lütlənir. Niyə? Çox maraqlıdır mənə”.

“Yeni Sabah” xəbər verir ki, bunu müğənni Nadir Qafarzadə bildirib.
İfaçı qeyd edib ki, ən abırsız insanlar Azərbaycanda yaşayır: 
“Sosial şəbəkələrdə baxıram, ən həyassız, ən abırsız insanlar Azərbaycanda yaşayır. Yenə qeyd edirəm sosial şəbəkələrdə. Nə baş verir? Kişi həkimlərə baxıram, öz peşələrinə arxalanıb hər şeyi açıq-açıq paylaşırlar. Ayıb deyilən bir şey var. O da bəzi insanlar üçün dildə var, amma özü qalmayıb. "Müasirlik" deyib hər şeyin zibilini çıxartdınız. Xristianlar bəzi qadınlarımızın yanında çox abırlıdırlar. Allah, bizi bağışlama!”

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.