Yenilik.Az
www.Yenilik.Az » Ölkə » Ramiz Rzayev 18 illik vəzifəsi ilə vidalaşdı

Ramiz Rzayev 18 illik vəzifəsi ilə vidalaşdı

Ramiz Rzayev 18 illik vəzifəsi ilə vidalaşdı
2023-03-06 , 18:08

Ali Məhkəmənin sədri Ramiz Rzayevin səlahiyyət müddəti başa çatıb.

Yenilik.az xəbər verir ki, bununla bağlı bu gün Ali Məhkəmədə tədbir keçirilib.
Qeyd edək ki, Ramiz Rzayev 18 il Ali Məhkəmənin sədri vəzifəsində çalışıb.
Xatırladaq ki, Azərbaycanda Ali Məhkəmə sədri Prezidentin sərəncamı ilə 5 il müddətə təyin olunur. Ali Məhkəmənin hakimləri üçün son yaş həddi 68-dir. R.Rzayevin isə 70 yaşı yeni tamam olmuşdu. İcraatında iş olduğu zaman hakimin səlahiyyət müddəti başa çatarsa, onun səlahiyyəti həmin işə baxılıb qurtaranadək davam edir.
 


Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.