Yenilik.Az
www.Yenilik.Az » Ölkə » Banklarla mediator və mediasiya təşkilatları arasında meydana çıxan çətinliklər müzakirə edilib

Banklarla mediator və mediasiya təşkilatları arasında meydana çıxan çətinliklər müzakirə edilib

Banklarla mediator və mediasiya təşkilatları arasında meydana çıxan çətinliklər müzakirə edilib
2023-03-31 , 18:53

Mediasiya Şurasının nəzdində fəaliyyət göstərən “Maliyyə Mübahisələri Komitəsi” (MMK) üzvləri arasında görüş keçirilib.
Maliyyə Mübahisələri Komitəsinin (MMK) sədri Murad Məmmədov komitənin iş planı üzrə istiqamətlər və 2022-2023 illlərində mediasiya təşkilatlarına bankların kommersiya mübahisələri ilə bağlı daxil olan müraciətlərin statistikası haqqında məlumat verib. 
Görüşdə komitənin yol xəritəsi müzakirə olunub, banklarla mediator və mediasiya təşkilatları arasında meydana çıxan çətinliklər barədə müzakirələr aparılıb. 
Mediasiya Şurası, Azərbaycan Banklar Assosiasiyasının (ABA), Azərbaycan Mikromaliyyə Assosiasiyasının (AMFA), Bankların, Bank Olmayan Kredit Təşkilatlarının (BOKT), Sığortaçıların nümayəndələrinin iştrakı və MMK-nın təşkilatçılığı ilə görüşün baş tutacağı bildirilib.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.