Yenilik.Az
www.Yenilik.Az » Ölkə » Mediasiya Şurası və AMFA arasında memorandum imzalandı-FOTOLAR

Mediasiya Şurası və AMFA arasında memorandum imzalandı-FOTOLAR

Mediasiya Şurası və AMFA arasında memorandum imzalandı-FOTOLAR
2023-04-27 , 02:01

Azərbaycan Respublikasının Mərkəzi Bankının dəstəyi ilə Azerbaijan Micro-finance Association (AMFA)  və Mediasiya Şurası (Şura) arasında dəyirmi masa görüşü keçirilmiş, birgə qarşılıqlı əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.


Memorandumu AMFA-nın Müşahidə Şurasının sədri Cəlal Əliyev və Mediasiya Şuranın sədri Nadir Adilov imzalayıblar.

Memorandumun imzalanmasında məqsəd Azərbaycan Respublikası Prezidentinin müvafiq göstərişlərini rəhbər tutaraq mediasiya proseslərinin daha da təkmilləşdirilməsi, mikromaliyyə sahəsində yaranan mübahisələrinin qısa zamanda alternativ yolla həll olunmasına, o cümlədən mülki və kommersiya mübahisələrinin həllində mediasiyanın rolunun artırılmasına tövhə vermək, mediatorların, vəkillərin, hüquqşünasların peşəkarlıq səviyyəsinin və bank sahəsi üzrə biliklərinin artırılmasına, ölkədə məhkəmə-hüquq sisteminin inkişafına və optimallaşmasına dəstək verməkdən ibarətdir.

İmzalama mərasimində həmçinin Mərkəzi Bank, AMFA və Mediasiya Şurasının nümayəndələrindən ibarət “Maliyyə Mübahisələri Komitəsi”nin üzvləri və AMFA-nın üzv təşkilatlarının səlahiyyətli nümayəndələri də iştirak etmiş, mübahisələrin alternativ həlli yollarından biri kimi mediasiyanın əhəmiyyəti barədə geniş məlumat verilib və verilən suallar cavablandırılıb.




Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.