İriqabaritli yük avtomobillərinin hərəkətinə icazənin rüsumu MÜƏYYƏN EDİLDİ
“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilib.
Dəyişikliklə yollarda iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin hərəkətinə icazənin verilməsi üçün dövlət rüsumu təsdiqlənib.
Qanuna əsasən, ümumi istifadədə olan avtomobil yolları ilə iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin hərəkətinə icazənin verilməsi üçün dövlət rüsumu müəyyənləşdirilib. Bu hərəkət üçün dövlət rüsumunun məbləği 50 manat olacaq.
OXŞAR XƏBƏRLƏR