Yenilik.Az
www.Yenilik.Az » Ölkə » Şəhid Elşad Həsənovla vida mərasimi keçirilir

Şəhid Elşad Həsənovla vida mərasimi keçirilir

Şəhid Elşad Həsənovla vida mərasimi keçirilir
2023-04-12 , 11:41

Ermənistan silahlı qüvvələrinin ötən gün törətdikləri təxribatın qarşısını alarkən şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu Elşad Qabil oğlu Həsənovun nəşi ailəsinə təhvil verilib.

Yenilik.az xəbər verir ki, mərhumun cənazəsi Ağstafa rayonunun Xətai kəndinə gətirilib.
Hazırda şəhidlə vida mərasimi keçirilir.
Mərasimdə şəhidin yaxınları ilə yanaşı, hərbçi yoldaşları, rəsmi şəxslər, hüquq-mühafizə orqanlarının əməkdaşları və rayon sakinləri iştirak edirlər.
Vida mərasimindən sonra şəhid Ağstafa rayon Şəhidlər xiyabanında torpağa tapşırılacaq.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.