Kardiologiya İnstitutunda yoxlama: Səhiyyə Nazirliyi komissiya göndərdi
Səhiyyə Nazirliyi tabeliyindəki Elmi-Tədqiqat Kardiologiya İnstitutunda yoxlamalara başlayıb.
Yenilik.az xəbər verir ki, Elmi-Tədqiqat Kardiologiya İnstitutunun Mətbuat Xidmətindən bildirilib ki, bu proses Səhiyyə Nazirliyinin keçid dövrü ilə əlaqədar aparılır:
“Elmi-Tədqiqat Kardiologiya İnstitutu Səhiyyə Nazirliyinin tabeliyinə 2023-cü il yanvar ayının 1-dən verilib. Hazırda institutda Prezidentin 2006-cı il 25 may tarixli 413 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi haqqında Əsasnamə”nin bəndi rəhbər tutularaq qurumun cari vəziyyətinin müəyyən edilməsi ilə əlaqədar monitorinq aparılır. Yoxlama tək bizim institutda deyil, bizdən öncə daha iki institutda aparılıb. Proses mərhələli şəkildə digər institutlarda da davam etdiriləcək”.
OXŞAR XƏBƏRLƏR