“Nar”dan bölgələr üçün sərfəli tarif: “Yerlim+”
“Nar” bölgələrdə daha rahat və sərfəli ünsiyyət üçün yeni “Yerlim+” tarifini təqdim edib. İndi cəmi 4 AZN ödəməklə abunəçilər 100 ölkədaxili danışıq dəqiqəsi, 300 MB internet və “WhatsApp”da pulsuz yazışma əldə edəcək. Tarifi aktivləşdirmək üçün “Nar”ın bölgələrdə olan satış və xidmət mərkəzlərinə yaxınlaşaraq yeni nömrə almaq lazımdır.
“Nar” müştəriyönümlülük siyasətinə sadiq qalaraq, abunəçilərinin rahat ünsiyyəti üçün müxtəlif ehtiyaclara uyğun fərqli tariflər təqdim edir.
“Nar” hal-hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri göstərməkdədir. “Nar” son 4 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.
OXŞAR XƏBƏRLƏR