Yenilik.Az
www.Yenilik.Az » Ölkə » Mediasiya Şurası Maliyyə Mübahisələri Komitəsinin növbəti layihəsinə start verildi

Mediasiya Şurası Maliyyə Mübahisələri Komitəsinin növbəti layihəsinə start verildi

Mediasiya Şurası Maliyyə Mübahisələri Komitəsinin növbəti layihəsinə start verildi
2023-05-02 , 19:26

Bu gün Mediasiya Şurası, Azərbaycan Respublikasının Mərkəzi Bankı və Azərbaycan Sığortaçılar Assosiasiyasının təşkilatçılığı ilə Bakı 2 saylı mediasiya təşkilatında seminar keçirilib.
Seminarda Bakı 2 saylı mediasiya təşkilatının rəhbəri, Mediasiya Şurası Etika Komitəsinin sədri İlhamə Həsənova və Mediasiya Şurası İnsan Resurslari departamentinin rəhbəri Turanə Həsənova açılış nitqi ilə çıxış ediblər.
Seminarın əsas məqsədi mediatorların sığorta sahəsində maarifləndirilməsi və bu sahədə yarana biləcək mübahisələrin mediasiya yolu ilə həlli zamanı ortaya çıxan problemlərin müzakirəsi və mediatorların suallarının cavablandırılmasından ibarət idi.
Seminar zamanı vətəndaş və müəssisə arasında yaranan mübahisələrin mediasiyada operativ həlli yolları müzakirə edilib, mediatorların mövzu ilə bağlı sual və təklifləri dinlənilib.


Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.