Yenilik.Az
www.Yenilik.Az » Ölkə » Dünyanın ilk dizel yanacaqsız işləyən traktoru Bakıda - Fotolar

Dünyanın ilk dizel yanacaqsız işləyən traktoru Bakıda - Fotolar

Dünyanın ilk dizel yanacaqsız işləyən traktoru Bakıda - Fotolar
2023-05-18 , 15:25

Mayın 17-də Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakı Ekspo Mərkəzində XVI Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı - “Caspian Agro” və XXVIII Azərbaycan Beynəlxalq Qida Sənayesi - “InterFood Azerbaijan” sərgiləri ilə tanış olublar.

“Qafqazinfo” xəbər verir ki, hər il olduğu kimi bu il də sərgidə müxtəlif təyinatlı kənd təsərrüfatı texnikaları və məhsulları ziyarətçilər üçün sərgilənib.
Ötən illərdən fərqli olaraq bu il sərgidə daha çox diqqət ekoloji və iqtisadi cəhətdən səmərəli texnika və texnologiyalara ayrılıb.
Sərgidə eksklüziv olaraq təbiətin dostu metan qazı ilə işləyən “New Holland T6.180 Methane” traktoru sərgilənib.
New Holland T6.180 modeli  New Hollandın T6 seriyalı traktorlarının ən üst və innovativ modelidir.
Bu traktor dünyada ilk zavod istehsalı olan metan qazı ilə işləyən traktordur.
Sərgi zamanı cənab Prezident New Holland stendi ilə yaxından tanış olmuş və brendin rəsmi nümayəndəsi Stüart Kempbell tərəfindən traktor barədə ətraflı məlumat verib.
T6 metan gücü vasitəsilə fermerlər kənd təsərrüfatı tullantılarından istifadə edərək bu traktor üçün biometan yanacağı istehsal edə bilərlər. İqtisadi və ekoloji baxımdan səmərəli olan, təbiətdən əldə edilən biometan qazı vasitəsilə təsərrüfat sahibləri təbiət çirklənməsinin qarşısını alaraq yaşıl enerji istifadəsinin geniş yayılmasına səbəb olacaqlar. Heyvandarlıqla məşğul olan fermerlər təbii gübrədən istifadə edərək ətraf mühitə karbon qazının yayılmasının qarşısının alır və nəticədə metan qazı ilə işləyən traktor yaşıl enerji dövriyyəsini bağlayır. Həmçinin, mühərrik yanacağın elastikliyini təmin edərək biometan qazı olmadığı halda təbii sıxışdırılmış qazla da çalışa bilər.
Biometan qazı ilə işləyən traktorun Azərbaycana gətirilməsi ölkə başçısının işğaldan azad edilmiş ərazilərdə yaşıl enerji zonasının yaradılması siyasətinin təbliğ edilməsi və dəstək olunmasının əsas göstəricisidir. Bu traktorun istifadəsi gələcəkdə fermerlərimizə müstəqil enerji dövriyyəsini təmin edəcəkdir.



Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.