Yenilik.Az
www.Yenilik.Az » Ölkə » Vəkil Afiyəddin Leysanovun onu hədələdiyini deyir

Vəkil Afiyəddin Leysanovun onu hədələdiyini deyir

Vəkil Afiyəddin Leysanovun onu hədələdiyini deyir
2023-10-16 , 00:06

Vəkil Elçin Sadıqov Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat İmtahan İdarəsinin rəis müavini Afiyəddin Leysanov tərəfindən hədələndiyini iddia edir.

Yeniavaz.com xəbər verir ki, bu barədə o, özünün sosial şəbəkə hesabında yazıb.
“Bu gün (14 oktyabr – red.) şikayətimlə əlaqədar Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin qeydiyyat imtahan idarəsində oldum. Şikayətin məzmunu belə idi ki, vətəndaş əlavə ödənişlər olmadan avtomobilinə dövlət qeydiyyat nişanı almaq istəyir. Məni Afiyəddin Leysanovun xüsusi tapşırıqlar üzrə müavini qəbul etdi. Bildirdi ki, Afiyəddin müəllim deyir ki, bu sahədə vətəndaşlara hüquqi yardım göstərməsin, əks halda onun üçün (məni nəzərdə tutur) yaxşı olmayacaq”, - E. Sadıqov qeyd edib.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.