Yenilik.Az
www.Yenilik.Az » Rəsmi » İlham Əliyev Qazaxıstan Prezidentinə zəng etdi

İlham Əliyev Qazaxıstan Prezidentinə zəng etdi

İlham Əliyev Qazaxıstan Prezidentinə zəng etdi
2023-05-17 , 14:02

Mayın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevə zəng edib.


Bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidmətindən məlumat verilib.

Dövlət başçısı Kasım-Jomart Tokayevi yubileyi münasibətilə təbrik edib, ona möhkəm cansağlığı, Qazaxıstanın inkişafı və firavanlığı naminə fəaliyyətində yeni-yeni uğurlar arzulayıb.

Qazaxıstan Prezidenti göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib.
Azərbaycan Prezidenti bu ilin aprelində Qazaxıstana səfərini məmnunluqla xatırlayaraq göstərilən qonaqpərvərliyə görə bir daha minnətdarlığını bildirib, səfərin uğurla nəticələndiyini və ikitərəfli münasibətlərin inkişafına güclü təkan verdiyini vurğulayıb.

Telefon söhbəti zamanı dövlət başçıları Azərbaycanla Qazaxıstan arasında dostluq və qardaşlıq münasibətlərinin gələcək inkişafı ilə bağlı məsələləri müzakirə ediblər.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.