Prezident İlham Əliyev Bakıda “Gənclik” metrosu yanında yaradılan yeni parkda işlərin gedişi ilə tanış olub - FOTO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakıda “Gənclik” metrosu yanında yaradılan yeni parkda işlərin gedişi ilə tanış olub. Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov dövlətimizin başçısına parkda görülən və həyata keçiriləcək işlər barədə məlumat verdi.
Paytaxtımızın daha da müasirləşdirilməsi, şəhərin abadlaşdırılması istiqamətində görülən işlər yaşıllıq zolaqlarının və parkların salınması ilə paralel şəkildə davam etdirilir. Belə istirahət məkanlarından daha biri Azərbaycan Prezidentinin 2023-cü il 18 avqust və 2024-cü il 13 yanvar tarixli sərəncamlarına əsasən Nərimanov rayonunda salınan yeni parkdır.
“Antena” parkı kimi tanınan bu ərazi əvvəllər baxımsız vəziyyətdə olub. İstirahət parkının yenidən qurulması və bərpası ilə əlaqədar bu ərazidə yararsız vəziyyətdə olan bəzi tikililər sökülüb. Söküntü işlərindən sonra parkın ərazisi daha da genişləndirilib və 19 hektara çatdırılıb.
Qeyd olundu ki, parkın ərazisindəki mövcud tarixi inzibati bina saxlanılıb və həmin binada bərpa işləri aparılacaq.
Yenidən qurulan parkda sakinlərin mənalı istirahəti və asudə vaxtlarının səmərəli təşkili üçün hər cür şərait yaradılacaq. Belə ki, burada müasir tələblərə cavab verən iki restoran inşa olunur. Həmçinin burada 2 fəvvarə də quraşdırılacaq. Bu da istirahət məkanına əlavə gözəllik verəcək.
Müasir istirahət kompleksinin ərazisinin 13,8 hektarında yaşıllıq sahələri salınacaq. Burada işıqlandırma sistemi yeni layihə əsasında ən müasir standartlara uyğun şəkildə qurulacaq. Parkda piyada və velosiped yolları çəkiləcək, uşaq-əyləncə və idman meydançaları yaradılacaq.
Bildirildi ki, yenidən qurulan parkla yaxınlıqdakı “Dədə Qorqud” parkını əlaqələndirəcək tunelin də inşasına başlanılıb.
Dövlətimizin başçısına, eyni zamanda, Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Binə qəsəbəsi ərazisində yeni salınmış istixanası barədə də məlumat verildi. Qeyd olundu ki, istixanada 1 milyonadək gül yetişdiriləcək. Bu da ölkəmizə gül idxalının həcmini əhəmiyyətli dərəcədə azaltmağa imkan verəcək.
Yenidən qurulan park, həmçinin Azərbaycan dövlətinin ekoloji tarazlığın qorunması, yaşıllıqların artırılması, o cümlədən “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində görülən işlərə daha bir töhfə olacaq.
Fotoları təqdim edirik








OXŞAR XƏBƏRLƏR

Prezidentin cavablandırdığı suallar - Tam mətn
"Veteran" İCRA BAŞÇILARI: Seçkilər bitdi, kimlər postunu tərk edəcək? - SİYAHI
Prezident “Araz Vadisi İqtisadi Zonası”ndakı işlərlə tanış olub, bir neçə müəssisənin təməlini qoyub
Azərbaycanda insan hüquqlarının etibarlı müdafiəsi: görülən işlər və perspektivlər
Müstəqil və bütöv Azərbaycan Heydər Əliyev siyasi irsinin təntənəsidir
“Heydər Əliyevin həyat yolu Azərbaycan xalqının mənəvi xəzinəsidir”
İlham Əliyev Prezidentin Laçın üzrə xüsusi nümayəndəsini qəbul etdi
İlham Əliyev və Mehriban Əliyeva Mərkəzi Nəbatat Bağında aparılan işlərlə tanış olublar - YENİLƏNİB
İlham Əliyev “Euronews”a müsahibə verib - Video
Eldar Əzizov Əmircana getdi: Qazinin bu təklifi salonu ayağa qaldırdı - FOTO
İlham Əliyev və Mehriban Əliyeva Tərtər rayonuna səfər ediblər
İcra başçılarının avtomobilləri: Kim hansı maşında gəzir? - SİYAHI
İlham Əliyev Suqovuşanda orta məktəbdə yaradılan şəraitlə tanış olub
Azərbaycanda yeni rayon YARADILDI
İşdən çıxarılan Əhəd Abıyevin əmlaklarının ŞOK SİYAHISI
X Qlobal Bakı Forumu dünya mediasının diqqət mərkəzində
“Konsertlər davam edir... yalandır" - Sərdar Ortaçdan səhhəti ilə bağlı AÇIQLAMA 2026-06-14 , 17:00
Müşviq Şahverdiyev: "Böyük borca girdim, maşınımı, evimi satmalı oldum" - VİDEO 2026-06-14 , 16:24
Bakıda yağış yağacaq, şimşək çaxacaq 2026-06-14 , 16:20
Qətər İrana 12 milyard dollar TƏKLİF ETDİ 2026-06-14 , 16:19
Pezeşkian: "İrana qarşı iqtisadi müharibə aparılır"
Flora Kərimova xəstəxanaya yerləşdirildi, Mehriban Əliyeva nəzarətə götürdü 2026-06-14 , 16:18
“MEQAPLUS MMC”-dən şikayət: “Mənə olan borc elə 130000 manatdır” 2026-06-14 , 15:51
Ağstafa İcra Hakimiyyətinin maraqlı tenderi: 95 ton yerinə, 134 ton sement alınacaq – ARAŞDIRMA 2026-06-14 , 15:50
Heydər Əliyev siyasətinin təntənəsi: müstəqil, suveren və qalib Azərbaycan 2026-06-14 , 03:40
Azərbaycanlı müğənnilərin toy qiymətləri “dodaq uçuqlatdı”: 15 min manat…. – FOTOLAR 2026-06-13 , 20:11
Mehdiyevin ailə bankı BOKT oldu 2026-06-13 , 19:58
Rəqqasə Aygündən ona toxunmaq istəyən kişiyə ETİRAZ – VİDEO 2026-06-13 , 19:57
“Bizdə dünya ulduzu yoxdur, toy ulduzları var” – Tolikdən sərt açıqlama 2026-06-13 , 13:14
Sərdar Ortaçın vəziyyəti ağırlaşdı - hərəkət edə bilmir, xəstəxanaya yerləşdirildi 2026-06-13 , 13:02
Qəşəm Nəcəfzadə: "Kəramət dedi ki, 40 ildir birlikdəsiniz, bezməmisiniz?!" - VİDEO 2026-06-13 , 13:00
Bakıda tikinti şirkəti ilə sakinlər arasında NARAZILIQ - “Qlobal-99 MTK” - VİDEO 2026-06-13 , 12:57
Aynişan yenidən gəlinlik geyindi - VİDEO 2026-06-13 , 12:52
Şəbnəm Tovuzlu səhnədə çətin anlar yaşadı - VİDEO 2026-06-13 , 12:48
"3 ildə 4 dəfə əməliyyat olundum" - VİDEO 2026-06-13 , 12:41
Azərbaycanlı müğənni 340 minlik maşını ilə görüntüləndi - VİDEO 2026-06-13 , 12:38
"Elə kişi yoxdur ki, iri sinə xoşlamasın" - VİDEO 2026-06-13 , 12:34
Azərbaycan kənd təsərrüfatında yeni inkişaf mərhələsi: Prezident İlham Əliyevin strateji baxışı və 2026–2030-cu illər Dövlət Proqramının mahiyyəti 2026-06-13 , 02:19
İradə İbrahimova: "Restoranda 5 mindən çox hesab ödədim" 2026-06-12 , 17:28
Bakı Metropoliteni ilə bağlı 180 milyon dollarlıq kredit sazişi imzalandı - Bu stansiyalar yenidən qurulacaq 2026-06-12 , 17:27
"Qurtuluş"un rəhbəri hakim qarşısında... 2026-06-12 , 16:50
“İnşaat Konstruksiyaları” MMC vətəndaşı belə ALDATDI: “Bizə heç kim bata bilməz” 2026-06-12 , 16:39
"Yaxın saatlarda təkanlar gözlənilir" - Qurban Yetirmişli 2026-06-12 , 16:37
“Nazlanma”nın müəllifindən Vasif və Vəfaya: “Bunlar nə cür müğənnidir?” 2026-06-12 , 16:29
Azərbaycanda güclü zəlzələ oldu - Yenilənib 2026-06-12 , 16:28
"Hansı ixtiyarla xalqımın qarşısına bu geyimdə çıxırsan?" - VİDEO 2026-06-12 , 15:40
Renkanın halı pisləşdi: “Ölürdüm, danışa bilmirdim” 2026-06-12 , 15:33
"Sənət adamının paxıllıq etməsi ucuzluqdur" 2026-06-12 , 15:31
Məşhur aparıcı ana oldu - VİDEO 2026-06-12 , 15:26
"Mahnımı oxuyub, məni adam yerinə qoymadı" - VİDEO 2026-06-12 , 15:21
Bakıda 25 mərtəbəli binada lift “özəlləşdirildi”: 2-3 nəfər evinə çıxa bilir - VİDEO 2026-06-12 , 15:19
Həmin şagird hoteldə ölübmüş 2026-06-12 , 15:18
İlon Mask dünyanın ilk trilyonçusu oldu 2026-06-12 , 15:16
Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olundu 2026-06-12 , 15:15
Maliyyə nazirindən önəmli açıqlamalar 2026-06-12 , 15:13
Xalq artistinin İrəvanda səslənən mahnısı: “Çünki o bəstədə həmin sözlərə ehtiyac vardı” 2026-06-12 , 15:12
MM Prezidentlə xanımına təbrik məktubu ünvanladı 2026-06-12 , 15:11
Aysundan ŞOK AÇIQLAMA: "Dost sənin cibindir" - VİDEO 2026-06-12 , 15:06
"Bu, son evliliyimdir" - VİDEO 2026-06-12 , 14:59
Sahil Babayev parlamentdə nikbin danışdı 2026-06-12 , 14:55
Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olundu 2026-06-12 , 10:48