Yenilik.Az
www.Yenilik.Az » Rəsmi » İlham Əliyev onları təltif etdi - Siyahı

İlham Əliyev onları təltif etdi - Siyahı

İlham Əliyev onları təltif etdi - Siyahı
2024-12-05 , 12:12

Prezident İlham Əliyev Qərbi Azərbaycan həqiqətlərinin təbliği sahəsində fərqlənən bir qrup şəxsin təltif edilməsi haqqında Sərəncam imzalayıb.

Yenilik.az xəbər verir ki, Sərəncama əsasən, insan hüquqlarına və əsas azadlıqlarına zidd olaraq Ermənistanın həyata keçirdiyi etnik təmizləmə siyasəti nəticəsində öz doğma torpaqlarından qovulmuş köklü Qərbi Azərbaycan əhalisinin hüquqlarının müdafiəsi və həmin ərazilərdə yaratdığı maddi mədəni irsin təbliği sahəsində səmərəli fəaliyyətlərinə görə aşağıdakı şəxslər təltif ediliblər:
“Şöhrət” ordeni ilə
Əliyev Fikrət Əhmədəli oğlu
“Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə
Seyidzadə Dilarə Bağır qızı
Şadlinski Vaqif Bilas oğlu.
Həsən Zal oğlu Həsənova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilib.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.