Prezidentin Meloni ilə görüşü dünya mediasında - Fotolar
İtaliya Respublikası Nazirlər Şurasının sədri Ciorcia Meloninin Bakıya səfəri və onun Azərbaycan Prezidenti İlham Əliyev ilə keçirdiyi görüşlər, həmçinin iki liderin bəyanatları İtaliya və dünya mediasının diqqət mərkəzindədir.
Daha sonra qeyd olunur: “İtaliyanın enerji təhlükəsizliyi Cənubi Qafqazdan keçir. Qeyri-sabitliklə xarakterizə olunan beynəlxalq kontekstdə Ciorcia Meloni ilə Azərbaycan Prezidenti İlham Əliyev arasında Bakıda keçirilən görüş, karbohidrogenlərin sadə tədarükündən daha kənara çıxan bir vektorun mərkəziliyini bir daha təsdiqləyir.
.jpg)
“RaiNews” Ciorcia Meloninin sözlərini sitat gətirib: “İtaliyaya qaz və neftin ixracı Ukraynaya qarşı Rusiyanın təcavüzkar müharibəsi başladıqdan sonra şərəflə təmsil etdiyim ölkənin enerji təhlükəsizliyində müəyyənedici amil rolunu oynayır. Bu əlaqələrin möhkəmləndirilməsi barədə aydın şəkildə söhbət apardıq. Biz nəinki təchizat həcmləri, xüsusilə bütün sahələr üzrə sənaye tərəfdaşlığının keyfiyyəti üzərində çalışmalıyıq. Bilirik ki, enerji və bağlantılar eyni medalın iki üzüdür. İstərdik ki, Azərbaycan Avropa ilə Asiya arasında fundamental qovşaq rolunu möhkəmləndirsin. İtaliya bu baxımdan Avropa bazarına imtiyazlı giriş qapısı rolunu hər zaman oynamağa hazırdır. Aydındır ki, bu cür plan sərmayələri, uzunmüddətli proqramları, ölkələrimizdə istehsal və sənaye sistemlərimizin ən münasib imkanlarının bir araya gətirilməsini tələb edir. Bu səbəbdən biz 2026-cı ilin ikinci yarısında burada, Bakıda biznes-forum təşkil etməyi planlaşdırmışıq ki, siyasi əməkdaşlığımızı müəssisələrimiz, işçilərimiz üçün konkret fürsətlərə çevirək”.
“Agencia Nova” agentliyinin saytında dərc olunmuş geniş məqalədə qeyd olunur ki, enerji məsələsi hər iki liderin əsas müzakirə mövzusu olub. İlham Əliyev TAP layihəsinin mərkəziliyini və onun inkişafının davam etdirilməsinin vacibliyini vurğulayıb. Agentlik dövlətimizin başçısının sözlərini sitat gətirib: “Biz bu layihəni artıq genişləndirə bilmişik, amma addımlarımızı davam etdirməliyik”.
“Ciorcia Meloni isə xatırladıb ki, Rusiya Ukraynaya qarşı müharibənin başlanğıcından bəri Azərbaycandan İtaliyaya qaz və neft tədarükü milli enerji təhlükəsizliyi üçün “həlledici” olub”, - deyə agentlik yazıb. Daha sonra İtaliyanın hökumət başçısının aşağıdakı fikirləri təqdim edilib: “Bilirik ki, enerji və bağlantılar eyni medalın iki üzüdür. İstərdik ki, Azərbaycan Avropa ilə Asiya arasında fundamental qovşaq rolunu möhkəmləndirsin. İtaliya bu baxımdan Avropa bazarına imtiyazlı giriş qapısı rolunu hər zaman oynamağa hazırdır. Aydındır ki, bu cür plan sərmayələri, uzunmüddətli proqramları, ölkələrimizdə istehsal və sənaye sistemlərimizin ən münasib imkanlarının bir araya gətirilməsini tələb edir”.
Məqalədə diqqətə çatdırılır ki, ikinci mərkəzi addım iqtisadi və sənaye ölçüsü ilə bağlıdır. “Prezident Əliyev İtaliya bazarını Azərbaycan üçün çox maraqlı adlandırıb. O xatırladıb ki, İtaliyaya qoyulan Azərbaycan investisiyaları indiyə qədər üç milyard dollar təşkil edir. Meloni bu yanaşmanı bölüşərək həm İtaliyaya qoyulan mühüm Azərbaycan investisiyalarını, həm də İtaliya şirkətlərinin Bakının inkişaf planlarına olan marağını xatırladıb. O bildirib ki, strateji inkişaf planlarında, 360 dərəcə modernləşdirmədə iştirak etməkdə son dərəcə maraqlı olan bir çox İtaliya şirkəti var”, - deyə agentliyin materialında vurğulanır.
.jpg)
“Secoli dItalia” qəzetində dərc olunmuş məqalədə qeyd olunur ki, İtaliya Nazirlər Şurasının sədri Ciorcia Meloninin Bakıya səfəri bu ölkənin enerji təhlükəsizliyində mühüm rola malik olan Azərbaycan ilə əməkdaşlığın inkişafı baxımından əhəmiyyətli hadisədir. Nəşr yazır ki, hökumət başçısının Azərbaycan Prezidenti İlham Əliyev ilə görüşü çox məhsuldar olub. Ciorcia Meloni xüsusi olaraq vurğulayıb: “Bu gün ölkələrimiz arasında münasibətlərə gəldikdə, bu, siyasi baxımdan mənim üçün əhəmiyyətlidir. Çünki İtaliyanın Baş nazirinin Azərbaycana rəsmi səfərindən 13 il ötür. Düşünürəm ki, yaranmış bu qədər uzunmüddətli boşluğu doldurmalı idik. Bu, özünü nəinki ölkələrimizi bir-birinə bağlayan dostluq münasibətlərində, həmçinin İtaliya və Azərbaycan arasında çox mühüm əməkdaşlıqda göstərir. Bununla belə əlaqələrdə keyfiyyətcə böyük sıçrayış olub. Beləliklə, təbii ki, apardığımız çox geniş söhbətə görə təşəkkür edirəm. Söhbətimiz əsasında daimi siyasi əlaqələndirmə yolu ilə əməkdaşlığımızı transformasiya etmək üzərində razılığa gəldik. Buradan gələcəyə aid prioritetləri birgə təyin edəcəyik. Düşünürəm ki, indi yaşadığımız mürəkkəb beynəlxalq müstəvidə bu, çox əhəmiyyətli seçimdir. Bununla belə, ətrafımızda olan qeyri-sabitlik artır və aramızdakı aydın məsələlərin həlli daha böyük əhəmiyyət kəsb etməyə başlayır. Həmin aydın olan məsələlərdən biri təbii ki, İtaliya ilə Azərbaycan arasındakı münasibətlərdir”.
Rəsmi ANSA informasiya agentliyi, “Agenzia CULT”, “Agenzia vista”, “Domani”, “la Repubblica”, “ItalPress”, “la Gazetta del Mezzogiorno”, “Crema Oggi”, “Lecodelsud”, “ilNordEst”, “Messagerro”, “il Mattino”, “il Sole”, la Sentinella”, “GDVNews”, “La Provincia”, “Motori”, “Reggio”, “Trentino”,”Sream24” mətbuat orqanlarının dərc etdiyi materiallarda İtaliyanın hökumət başçısının Azərbaycan Prezidenti ilə təkbətək və geniş tərkibdə görüşlər keçirdiyi, həmçinin iki liderin mətbuata birgə bəyanatla çıxış etdiyi vurğulanır. Diqqətə çatdırılır ki, Xəzərdən enerji tədarükünün dəyəri İrandakı müharibə və Hörmüz boğazına qoyulan embarqo səbəbindən eksponensial olaraq artıb ki, bu da Avropanı Azərbaycan kimi neytral ölkələrdə sabitlik axtarmağa sövq edib. İsrail, Rusiya, İran və AB ilə münasibətləri birbaşa münaqişələrə qarışmadan qoruya bilən Bakının mövqeyi təhlükəsizlik lövbəri rolunu oynayır. “Buna görə də Ciorcia Meloninin missiyası onun özünün uzunmüddətli olaraq müəyyən etdiyi, enerji böhranlarına epizodik yanaşmanın aradan qaldırılması vizyonunun bir hissəsidir. Azərbaycan təkcə qaz deyil, həm də neft təchizatında əsas strateji tərəfdaş kimi özünü təsdiqləyib. Cənub dəhlizinin sabitliyi və yeni təchizat müqavilələri üçün bazar sınaqlarının həyata keçirilməsi İtaliyanın ənənəvi marşrutların qlobal müharibə qeyri-sabitliyi ilə təhdid edildiyi bir vaxtda bütün Avropa üçün təhlükəsiz enerji qapısı olmaq vədini yerinə yetirmək qabiliyyətini müəyyən edəcək”.
İtaliya Nazirlər Şurasının sədri Ciorcia Meloninin Azərbaycana səfəri dünyanın digər mətbuat orqanlarının da diqqət mərkəzində olub.
.jpg)
ABŞ-nin “Bloomberg” agentliyinin və “Energynewsbeat” nəşrinin “İtaliya enerji təchizatında Azərbaycan ilə daha yaxın əlaqələr qurmaqda maraqlıdır” sərlövhəli məqaləsində qeyd olunub ki, Ciorcia Meloninin Azərbaycan Prezidenti ilə görüşündə davam edən qlobal fasilələr fonunda tədarükü təmin etmək üçün İtaliyanın daha geniş strategiyasının bir hissəsi olaraq iki ölkə arasında enerji əməkdaşlığını dərinləşdirmək qərara alınıb. “Meloni hazırda İtaliyanın qaz idxalının 16 faizini və neft tədarükünün 17 faizini təşkil edən Azərbaycan qazı və neftini Rusiyanın 2022-ci ildə Ukraynaya tammiqyaslı işğalından bəri ölkənin enerji təhlükəsizliyi üçün “vacib” adlandırıb. O, İran müharibəsinin yaratdığı son təchizat sıxıntısını həll etmək üçün “bu tərəfdaşlığı dərinləşdirməyə” söz verib”, - deyə Amerika mətbuatı yazır. Diqqətə çatdırılır ki, bu səfər İtaliyanın bərpaolunan enerji mənbələrinə keçid dövründə etibarlı idxalı qoruyan dəyişkən mənbələrdən uzaqlaşmaq üçün aqressiv enerji diplomatiyasını vurğulayır.
Türkiyənin Anadolu agentliyi, həmçinin “Haberglobal”, “Haberler.com”, “Ekoturk”, “Orta Doğu Gazetesi”, “Eplis Haber.com” mətbuat orqanları da İtaliyanın hökumət başçısının Azərbaycan Prezidenti ilə təkbətək və geniş tərkibdə görüşləri, həmçinin iki liderin mətbuata birgə bəyanatları ilə bağlı materiallar dərc edib. Məqalə və reportajlarda Prezident İlham Əliyev və Baş nazir Ciorcia Meloninin sitatları təqdim olunub.
Bundan başqa, Venesuelanın “Confirmado”, Pakistanın “The Gulfobserver”, Qətərin QNA rəsmi xəbər agentliyi, İranın “ycr.ir” portalları da İtaliya Nazirlər Şurasının sədri Ciorcia Meloninin Bakıya səfəri və onun Azərbaycan Prezidenti İlham Əliyev ilə keçirdiyi görüşlər, həmçinin iki liderin bəyanatları haqqında materiallar dərc edib.












OXŞAR XƏBƏRLƏR

Prezidentin cavablandırdığı suallar - Tam mətn
Vəkillər Kollegiyasının 2024-cü il üzrə fəaliyyəti barədə - HESABAT
Azərbaycanın inkişaf salnaməsinə 2024-cü ildə yazılan uğur səhifələri
İlham Əliyev Davosda “Azərbaycan rəhbərliyi ilə səhər yeməyi” adlı tədbirdə iştirak edib - FOTO
Prezident “Gülüstan” sarayında iclasda iştirak etdi – Fotolar – Yenilənib
Meloni Bakıda balansları dəyişir - İtaliya Azərbaycan qazına daha çox bağlanır
Müstəqil və bütöv Azərbaycan Heydər Əliyev siyasi irsinin təntənəsidir
“Heydər Əliyevin həyat yolu Azərbaycan xalqının mənəvi xəzinəsidir”
İlham Əliyevin Çin səfəri dünya mediasında - Fotolar
“Avropa ehtiyaclarını kimin ödəyəcəyi üçün Rusiya ilə rəqabət etmirik”
Prezidentin həmin çıxışı dünya mediasında - Fotolar
Əhməd İsmayılov MEDİA-nın 5 ildə gördüyü işlərdən danışdı... - MÜSAHİBƏ
“Ares”in Azərbaycanın yaşıl enerjisinə marağı...
İlham Əliyevin Əbu-Dabu səfəri dünya mətbuatında - FOTOLAR
Prezident İlham Əliyevin ABŞ səfəri: Yeni geosiyasi reallıqların təntənəsi TƏHLİL
İtaliya mətbuatı İlham Əliyevin səfərindən yazdı - Fotolar
Bakı–Roma əməkdaşlığı daha da dərinləşir: Strateji tərəfdaşlıq güclənir
Yağış və dolu yağacaq - sel təhlükəsi var 2026-06-23 , 17:03
“Deyirlər, 18 yaşı tamam olmuş qəşəng qızlarınız var...” - VİDEO 2026-06-23 , 17:00
Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun Azərbaycana dövlət səfəri başa çatıb - FOTO 2026-06-23 , 15:41
Azərbaycan və Türkmənistan prezidentləri Şuşada birgə nahar ediblər - FOTO 2026-06-23 , 15:33
Türkmənistan Prezidentinə Qarabağ atı hədiyyə edilib - FOTO 2026-06-23 , 15:31
Arif Hacılının ölkədən çıxışına qadağa - SƏBƏBİ BİLİNMİR 2026-06-23 , 15:29
"Onun-bunun üçün ölməyin" - Nadir Qafarzadə 2026-06-23 , 15:28
Prezidentlər Şuşada işğal dövründə güllələnmiş büstlərə baxıblar - FOTO 2026-06-23 , 15:02
Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində olan qurum yarım milyonluq fəhlə paltarı və digər zəruri mallar alır 2026-06-23 , 15:00
Abituriyentlərin apellyasiya müraciətləri ödənişli olacaq? - DİM belə istəyir - FOTO 2026-06-23 , 14:59
Nadir: Onun bir az xəsisliyi də var... Allah köməyi olsun 2026-06-23 , 14:58
Şuşada “Heydər Əliyev və Qarabağ” sərgisi ilə tanışlıq - FOTO 2026-06-23 , 14:57
“Kontakt Home”, “Baku Electronics” və “Music Gallery”nin endirim kampaniyalarına İNANMAYIN – Ekspert 2026-06-23 , 14:55
Qalmaqal böyüyür: Aysun yaxın çevrəsini hədəfə aldı - VİDEO 2026-06-23 , 14:54
Sergey Lavrov jurnalistlərlə görüşdə SÖYÜŞ SÖYDÜ - VİDEO 2026-06-23 , 14:50
Nəsrin atası və həyat yoldaşı ilə - FOTO 2026-06-23 , 14:42
"Məşhur sima üçün restoranda tək əyləşmək çətindir" - VİDEO 2026-06-23 , 14:40
“İlham baba, olar öz telefonumuzla şəkil çəkdirək?” - Video 2026-06-23 , 14:36
Prezidentlər Şuşanı gəzdilər - Video 2026-06-23 , 14:32
Daşaltı kəndinin fonunda - Fotolar 2026-06-23 , 14:31
Nazilə Səfərli izləyicindən polisə şikayət etdi 2026-06-23 , 14:22
Prezidentin Şuşada uşaqlarla səmimi görüşü - VİDEO 2026-06-23 , 14:20
Valideyn uşağını kukla kimi görməməlidir - DİM sədri 2026-06-23 , 14:17
Bakı zooparkı ləğv olunur 2026-06-23 , 14:16
Murad Arif: “Xəzər Bodrumdan təhlükəlidir” 2026-06-23 , 14:15
Ermənistanın yeni prezidentinin adı açıqlandı 2026-06-23 , 14:13
"Olivia"da yoxlamalara əngəl olundu: FHN Həsən İsrafilzadə barəsində protokol tərtib etdi 2026-06-23 , 14:12
Rəşad Dağlının istintaqa verdiyi ŞOK ifadə: “İsgəndər mənə dedi ki…” 2026-06-23 , 14:09
Azərbaycanda direktor müəllimlərin kartlarını mənimsədi: 71 min manatlıq yeyinti 2026-06-23 , 14:07
Sumqayıtda 18 yaşlı qız evdə oğlan tanışını bıçaqladı: Son vəziyyəti açıqlandı 2026-06-23 , 14:06
Azərbaycan və Türkmənistan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıblar – FOTOLAR 2026-06-23 , 14:00
Dənizdə batanlar qohumdurlar, biri evli, üçü subaydır 2026-06-23 , 12:00
Prezident Berdiməhəmmədovu Füzulidə qarşıladı 2026-06-23 , 11:00
Vəkillər Kollegiyasının nümayəndə heyəti İtaliyada beynəlxalq konfransda iştirak edib - FOTO 2026-06-22 , 19:55
Azərbaycan Türkmənistana tanker hədiyyə etdi - Foto 2026-06-22 , 12:38
“Zeytun Pharma”nın anbar işçiləri ETİRAZA QALXDI – Şikayət 2026-06-22 , 12:32
Prezident İlham Əliyevin Türkmənistan Prezidenti ilə təkbətək görüşü olub 2026-06-22 , 12:31
Fuad Nəcəfli haqda sensasiya – “Bu məsələ ortaya çıxsa…” 2026-06-22 , 12:29
Türkmənistan Prezidentinin Bakıda rəsmi qarşılanma mərasimi olub - FOTO 2026-06-22 , 12:28
Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Azərbaycana səfərə gəlib 2026-06-22 , 12:19
"Avroviziya" qalibi Bakıya gəlməkdən imtina etdi 2026-06-22 , 12:16
"Susub içimə atıram, danışanda da aləm bir-birinə dəyir" 2026-06-22 , 12:14
“Qarabağ”dan Elvin Cəfərquliyev ilə bağlı gözlənilməz addım 2026-06-22 , 12:12
Mingəçevirdə 35 yaşlı kişini döyüb öldürdülər - FOTO 2026-06-22 , 12:12
Azərbaycanda qadınların pensiya yaşı artırılacaq - Gələn həftədən 2026-06-22 , 12:11
Anar Bağırov:"İnsanları sevin, onlara diqqət və qayğı ilə yanaşın, insanlığınızı heç vaxt itirməyin" 2026-06-22 , 06:11