Meloni Bakıda balansları dəyişir - İtaliya Azərbaycan qazına daha çox bağlanır
Xəbər verdiyimiz kimi, İtaliyanın baş naziri Corciya Meloni Azərbaycana səfərə gəlib. Bu səfər ətrafında ən müxtəlif müzakirələr açılıb.
Hər kəsə məlumdur ki, İtaliya Avropada Azərbaycan qazının əsas alıcılarından biridir. Ukrayna müharibəsindən sonra isə, Avropa Rusiyadan enerji asılılığını azaltmağa çalışır. Bu kontekstdə Azərbaycan İtaliya üçün daha da önəmli tərəfdaşdır.
Avropa İttifaqı ilə münasibətlərdə Azərbaycan üçün də İtaliya körpü rolunu oynaya bilər. Hazırda bu münasibətlərin elə də ürəkaçan olmadığını nəzərə alsaq, Meloninin səfərinin əhəmiyyəti daha da artır.
Ümumiləşdirsək, bu, sadəcə protokol səfəri deyil, strateji tərəfdaşlığın möhkəmləndirilməsi üçün atılan addımlardan biridir.
Ana Vətən Partiyasının sədri, Azərbaycan-İtaliya parlamentlərarası əlaqələr üzrə işçi qrupunin üzvü Günay Ağamalı Musavat.com-da səfəri bu cür şərh etdi: "İtaliyanın Baş naziri Corcia Meloninin Azərbaycana səfəri enerji və geosiyasi baxımdan strateji əhəmiyyət kəsb edir. Xanım Baş nazirin Bakıdakı görüşləri Avropanın yeni dövr iqtisadi və siyasi reallıqlarına əsaslandığını təsdiqləyir.
Hazırda İtaliya Avropada Azərbaycan qazının əsas alıcıları sırasında yer alır və Ukrayna müharibəsindən sonra qitənin Rusiyadan enerji asılılığını minimuma endirmək cəhdləri Azərbaycanı Roma üçün əvəzolunmaz tərəfdaşa çevirib.
TAP layihəsi vasitəsilə qurulan enerji körpüsü nəinki İtaliyanın daxili tələbatını ödəyir, həmçinin ölkəni Avropanın mühüm enerji qovşağına çevirmək potensialına malikdir.
Eyni zamanda, sözügedən görüşlərin siyasi çəkisi iqtisadi amillərdən az əhəmiyyətli hesab edilə bilməz. Azərbaycanın bəzi Avropa paytaxtları ilə dialoqun arzuolunan səviyyədə olmadığı bir dövrdə, İtaliya Bakı üçün mühüm körpü rolunu üzərinə götürür. Meloninin praqmatik yanaşması və Azərbaycanın regiondakı strateji çəkisini düzgün qiymətləndirməsi, İtaliyanı Avropa İttifaqı daxilində Azərbaycanın haqlı mövqeyini müdafiə edə biləcək ən güclü səslərdən birinə çevirilib".
Deputatın sözlərinə görə, reallaşan təmaslar iki ölkə arasındakı mövcud tərəfdaşlığın və regional sabitliyin qorunmasında münasibətləri möhkəmləndirmək məqsədi daşıyır. İtaliya şirkətlərinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərindəki bərpa işlərində aktiv iştirakı da yaxınlaşmanın enerji ilə məhdudlaşmadığını, genişmiqyaslı iqtisadi və siyasi platformaya söykəndiyini göstərir.
Corcia Meloninin Bakı səfəri Avropa və Cənubi Qafqaz arasındakı münasibətlərdə yeni və daha balanslı bir səhifənin açılmasına xidmət edir.
Möhtərəm cənab Prezident İlham Əliyev İtaliya ilə münasibətləri strateji tərəfdaşlığın ən yüksək nümunəsi kimi dəyərləndirir. Dövlət başçısı tərəfindən hər zaman vurğulanıb ki, iki ölkə arasındakı dialoq səmimiyyət və qarşılıqlı etimad üzərində qurulub. Reallaşan təmaslar həmin etimadın əsas göstəricilərindəndir".
OXŞAR XƏBƏRLƏR

Prezidentin cavablandırdığı suallar - Tam mətn
Prezidentin Meloni ilə görüşü dünya mediasında - Fotolar
Azərbaycanın inkişaf salnaməsinə 2024-cü ildə yazılan uğur səhifələri
İlham Əliyev Davosda “Azərbaycan rəhbərliyi ilə səhər yeməyi” adlı tədbirdə iştirak edib - FOTO
Rauf Arifoğlu: “Əli Kərimli dedi ki, məni Ramil Usubov və Ramiz Mehdiyevlə görüşdür” - MÜSAHİBƏ
Prezident İlham Əliyevin ABŞ səfəri: Yeni geosiyasi reallıqların təntənəsi TƏHLİL
İlham Əliyev “Euronews”a müsahibə verib - Video
Vəkillər Kollegiyasının 2024-cü il üzrə fəaliyyəti barədə - HESABAT
Prezidentin Çin telekanalına müsahibəsinin - Tam mətni
“Avropa ehtiyaclarını kimin ödəyəcəyi üçün Rusiya ilə rəqabət etmirik”
Bakı–Roma əməkdaşlığı daha da dərinləşir: Strateji tərəfdaşlıq güclənir
Misir Mərdanovdan Həsən Həsənovla bağlı sensasion yazı: “Ramiz Mehdiyev dedi ki…”
Müstəqil və bütöv Azərbaycan Heydər Əliyev siyasi irsinin təntənəsidir
“Heydər Əliyevin həyat yolu Azərbaycan xalqının mənəvi xəzinəsidir”
Səfirliyə hücumdan sonra bir ilk - iranlı nazir Bakıda!
Prezident “Gülüstan” sarayında iclasda iştirak etdi – Fotolar – Yenilənib
“Ares”in Azərbaycanın yaşıl enerjisinə marağı...
“Dr. Gülü”nün növbəti QURBANI görünməz halda: “TikTok reklamına inandım, üz sinirlərim zədələndi”- VİDEOFAKT 2026-06-19 , 19:08
Aqil Abbasın bu çıxışı narazılıqla qarşılandı-ŞOK VİDEO 2026-06-19 , 17:34
"Bayrağımızın mənasını bilmirlər" - Müğənniləri tənqid etdi 2026-06-19 , 17:17
Mətanət Əliverdiyevadan oğlu ilə bağlı paylaşım 2026-06-19 , 17:14
“Yazırlar ki, məhərrəmlikdə ad gününə getdiyindən başına bu iş gəldi” 2026-06-19 , 17:08
Müğənnilərin fantastik toy qiyməti - Yarım saatı… 2026-06-19 , 16:53
“Zeytun Pharma” işçiləri istismar edir – İDDİA 2026-06-19 , 16:52
Kanadaya aparacaqdılar, əsgərliyə gedirik - Nigar Fərhaddan ŞİKAYƏT 2026-06-19 , 16:51
CƏLAL QURBANOVDAN SƏRT XƏBƏRDARLIQ – Şəhid ailələri bizim qırmızı xəttimizdir! 2026-06-19 , 16:50
Yumurtanın qiyməti niyə 1 qəpiyə düşdü? – Köhnədir, yoxsa... 2026-06-19 , 14:09
Vəkillər Kollegiyasının sədri Anar Bağırov üçün əlamətdar gün 2026-06-19 , 11:35
Keçmiş icra başçısının daha bir əmlakı hərracda satıldı 2026-06-18 , 17:11
“Bu, mənim qəmimdir, kimə nə aidiyyəti var?!” 2026-06-18 , 17:10
6 günlük qızına məclis etdi - Video 2026-06-18 , 17:05
"Zalı bağlatdırıb konsertə tək baxa bilər, amma məndən dəvətnamə istəyir" 2026-06-18 , 16:03
Zəhranın sevgilisi: “Bir yarım məzara getdi...” - FOTO 2026-06-18 , 15:56
"Övladım olsaydı, xoşbəxt qadın olardım" - VİDEO 2026-06-18 , 15:37
İlham Əliyev Bakıda açılış mərasimində - Fotolar - Yenilənib 2026-06-18 , 15:26
Aysel marketdən aldığı peçenyədən zəhərlənib - Foto 2026-06-18 , 15:23
Kəmalə Ağazadədən xəbərdarlıq: “Xırdalan nəzarətə götürülməlidir” 2026-06-18 , 15:21
Fərhad Mehdiyev susmadı: “Qızım nə videolar çəkibsə, yaxşı edib” 2026-06-18 , 14:45
“Azəriqaz”da müəmmalı kadr siyasəti: Qazini belə incidirlər – Şikayət 2026-06-18 , 14:42
“Kaş yaşayardı, o videoları çəkməyə davam edərdi” – Fərhad Mehdiyev qızından danışdı 2026-06-18 , 14:39
“Qızım mənə “bloqerlər vəkillərdən çox pul qazanır” deyirdi…” 2026-06-18 , 14:38
“Bakcell”in dəstəyi ilə 5-ci “YAŞAT” düşərgəsi başlayıb 2026-06-18 , 14:37
Xatirə geyimi ilə diqqət çəkdi — VİDEO 2026-06-18 , 14:21
"3 ay bir ayağım tamamilə işləmədi, yatağa düşdüm" 2026-06-18 , 14:15
"Başqa qadınla münasibəti var idi, onu evdən qovdum" - Əməkdar artistin keçmiş xanımı 2026-06-17 , 18:10
Məşhur deputatın ailəsinə 2.5 milyonluq zərbə! Əmlakları əldən gedir... 2026-06-17 , 16:54
Seda Sayanla Gülbən Ergendən bir-birinə ağır sözlər - Video 2026-06-17 , 16:49
"Yazırlar ki, gül kimi qız estetik etdirir" 2026-06-17 , 16:46
Prezident bu şəxsləri təltif etdi - Siyahı 2026-06-17 , 16:42
Flora Kərimova Mehriban Əliyevaya təşəkkür etdi 2026-06-17 , 16:41
Rəvan Qarayev: “Həyat yoldaşım buna icazə vermir” 2026-06-17 , 16:32
"Könül Kərimovanın oğlunun səsi yoxdur" 2026-06-17 , 16:30
Fərhad Mehdiyevin qızının həlak olduğu qəzanın VİDEOsu 2026-06-17 , 16:23
Ötən gün faciəvi şəkildə ölən Zəhranın - FOTOsu 2026-06-17 , 16:20
Müəllimlərin geyimi ilə bağlı yanlış təqdimat - Əslində necə olacaq? 2026-06-17 , 16:18
Bir vəkil Kollegiyadan xaric edildi, 5-i cərimələndi 2026-06-17 , 16:11
Veysəloğlu Şirkətlər Qrupu bu mövzuda forum keçirib - FOTO 2026-06-16 , 17:33
Sevda Yahyayeva həyat yoldaşını öpüşlərə qərq etdi - Video 2026-06-16 , 17:01
Leyla Əliyevanın iştirakı ilə Bonnda Xəzərin səviyyəsinin azalmasının ekoloji təsirləri müzakirə olunub 2026-06-16 , 16:52
İcra başçısı şəhidin məhəlləsini yarımçıq asfaltladı – Fotolar 2026-06-16 , 16:51