Yenilik.Az
www.Yenilik.Az » Rəsmi » “May ayında Bakıda belə yağışın yağmasını xatırlamıram” - Prezident

“May ayında Bakıda belə yağışın yağmasını xatırlamıram” - Prezident

“May ayında Bakıda belə yağışın yağmasını xatırlamıram” - Prezident
2026-05-25 , 16:17

“Burada təkcə müharibələr və nəqliyyat zəncirlərinin qırılması deyil, iqlim dəyişikliyi də rol oynayır. Bütün bunları biz də müşahidə edirik”.

Yenilik.az xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə bildirib.
“May ayında Bakıda hər halda belə yağışın yağmasını mən xatırlamıram. Məndən yaşlı olan insanlar da yəqin ki, xatırlamır. Artıq bu, əfsuslar olsun ki, bəzən fəsadlar törədir. Amma digər tərəfdən, bizim su ehtiyatlarımızı da böyük dərəcədə artırır və bu gün anbarlarda yığılan su bizə imkan verəcək ki, kənd təsərrüfatı üçün bu il su problemi olmasın”, - dövlət başçısı qeyd edib.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.