Yenilik.Az
www.Yenilik.Az » Rəsmi » “Avropa Şurasından tam çıxsaq, bəlkə də bundan daha yaxşı olacaq”

“Avropa Şurasından tam çıxsaq, bəlkə də bundan daha yaxşı olacaq”

“Avropa Şurasından tam çıxsaq, bəlkə də bundan daha yaxşı olacaq”
2026-07-13 , 10:40

“Azərbaycan Avropa Şurasından tam şəkildə çıxsa, ölkəmizdə heç kəs bunu hiss etməyəcək. Yəni burada çox şey dəyişməyəcək, bəlkə də bundan daha yaxşı olacaq”.

Yenilik.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında söyləyib.

“Biz toqquşmaya getmək istəmirik, xüsusən də nəinki Avropa Şurası Parlament Assambleyasına gəldikdə, o cümlədən Avropa Parlamentini götürsək. Yenə də deyirəm, onlar bizə qarşı belə əsassız addımlar atırlar. Onlar Azərbaycana bu qədər xüsusi bir qərəzlə yanaşırlar. Bu, onların hücumlarıdır və onların hamısı əsassızdır”, - dövlət başçısı vurğulayıb.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.