Yenilik.Az
www.Yenilik.Az » Sağlamlıq » Yod çatışmazlığını aradan qaldıran məhsullar hansılardır

Yod çatışmazlığını aradan qaldıran məhsullar hansılardır

Yod çatışmazlığını aradan qaldıran məhsullar hansılardır
2023-03-13 , 06:56

Qida rasionumuzun ən vacib elementlərindən biri yoddur.

Onun çatışmazlığı tiroid funksiyasının azalmasına səbəb olur və bu, bütün orqanizmdə nasazlıqlara gətirib çıxarır.
Yenilik.az xəbər verir ki, dietoloq İrina Mansurova qidalanmanın köməyi ilə bu elementin çatışmazlığını aradan qaldırmağın yollarını açıqlayıb.
Həkim xatırladıb ki, yod olmayanda ürəyin, qan damarlarının, əzələlərin, həzm sisteminin işi pozulur, depressiya yaranır, yaddaş yaxşı işləmir, əmək qabiliyyəti aşağı düşür, psixi xəstəliklərin yaranma riski yaranır.
Onun sözlərinə görə, yodun gündəlik norması 120-150 mikroqramdır.
“İlk növbədə süd və süd məhsulları istehlak etməlisiniz. Bir stəkan süd sizə 60-80 mikroqram yod verəcək. Həmçinin yumurta sarısı, burada 24 mikroqram yod var”, - deyə Mansurova qeyd edib.
Həkim həmçinin dəniz məhsulları - siyənək, qızılbalıq, kalmar, dəniz yosunu və kürü kimi qida məhsullarını sadalayıb. O, vurğulayıb ki, bütün bunlar yodun gündəlik tələbatını qarşılamağa kömək edir.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.