Yenilik.Az
www.Yenilik.Az » Maqazin » Aysun birinci əri ilə barışıb? – özü açıqladı – VİDEO

Aysun birinci əri ilə barışıb? – özü açıqladı – VİDEO

Aysun birinci əri ilə barışıb? – özü açıqladı – VİDEO
2025-04-07 , 12:30

Müğənni Aysun İsmayılova TikTok-da onun birinci həyat yoldaşı Eşqin Cəlilovla barışdığını iddia edən səhifələrə xəbərdarlıq edib.

Bu barədə o, İnstagramda paylaşım edib.
Aysun deyib ki, yalan xəbər yayan səhifələri bağlatdıracaq:
“Tiktokda səhifələr açmış bəzi şərəfsizlər… Bu haqda danışmaq istəmirdim, komanda olaraq şikayətlərimizi göndərmişik, o səhifələrin hamısı bağlanacaq. Şükür etsinlər ki, polisə müraciət etməmişəm.
Bu videonu ona görə çəkdim ki, bütün ətrafım mənə zəng edir, deyirlər ki, bu xəbər doğrudurmu? Bir-bir deməkdən yoruldum.
İki dünya bir olsa da, o xəbərlər heç vaxt doğru olmayacaq. Heç bir barışıq olmayacaq. Həyatımdan çıxardığım insanları heç vaxt geri qaytarmıram, keçmişə baxmıram, yalnız gələcəyə baxıram. Bu söhbətlər bağlansın, o səhifələr onsuz da bağlanacaq”./Bizim.Media

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.