Memarlıq yox, maldarlıq - Çoban İsfəndiyarın BİNƏləri
Bakının memarlıq siması, xüsusilə son 20-25 ildə kökündən dəyişib. Təəssüf ki, bu dəyişiklik heç də hər zaman inkişaf və gözəllik anlamına gəlmir. Əksinə, şəhərin görünüşü süniləşib, ruhu yadlaşıb. Səbəb də nizamsız, pərakəndə və yalnız qazanca yönəlmiş tikinti işləridir.
Bu məsələdə mühüm "xidmətləri" olan iş adamlarından biri də “Şərurlu İsfəndiyar” kimi tanınan tikinti maqnatıdır. Son müsahibələrinin birində o, özü açıq şəkildə etiraf edir: “Təhsilim yoxdur, hərf tanımıram, çobandım”. Bu səmimi, amma bir o qədər də qıcıq doğuran açıqlama əslində, onun bu illər ərzində Bakının memarlığına vurduğu zərərin mahiyyətini izah edir. Çünki mahiyyətcə də, memarlıq sahəsində də özünün dediyi kimi, çoban olan bu adam şəhərin mərkəzində ən iri büdcəli, ən böyük tikinti layihələrini həyata keçirdi, Bakının bir hissəsini “qurdu”.
İndi o, bu cür açıqlamalar verməklə sanki öz “zəka dərinliyini”, xalqdan gəldiyini və böyük işlər gördüyünü göstərməyə çalışır. Amma real yanaşsaq, onun dedikləri paytaxtımızın nə qədər acınacaqlı bir durumla üz-üzə qaldığını təsdiq edir. Çünki "çoban memarlığı" sadəcə, bir insanın zövqsüzlüyü deyil, bir dövrün, bir yanaşmanın simvoludur.
Şərurlu İsfəndiyar tikinti bumunun yenicə başladığı, Bakıda hündürmərtəbəli binaların az olduğu illərdə meydan suladı. Şəhərin ən gözəl yerləri, yaşıllıqlar, nəfəs alan məkanlar onun estetika, simmetriya və şəhərsalma prinsipindən uzaq layihələrinin qurbanına çevrildi. Eyni tipli, eyni görünüşlü, eyni qəlibdən çıxmış, həm də Baş Plana uyğun olmayan, necə, üzü hansı səmtə gəldi tikilən, biri-birinə söykənən binalar şəhərin görünüşünü tamamilə pozdu. Bu binalar elə yerlərdə tikildi ki, nə yol qaldı, nə kanalizasiya, nə də parklama, nə də insanların rahat nəfəs ala biləcəyi bir boşluq.
“Çoban memarlığı”nın daha faciəvi tərəfləri də var: həmin illərdə bir mənzilin bir neçə adama satılması, saxta müqavilələrlə ailələrin illərlə mənzillərinə sahib ola bilməməsi, həyatlarını bu evlərə bağlayanların ümidlərinin məhv edilməsi, xeyli adamın həbsxanaya atılması və.s. Hələ də o evlərə görə məhkəmələrə ayaq döyən insanlar var. Bəziləri bu stressi, maddi ziyanı, ailələrinin dağılmasını heç vaxt unutmayacaq. Yəni söhbət sadəcə, binadan yox, insanların taleyindən gedir.
Və ən dəhşətlisi odur ki, bu tikililərin heç biri gələcək barədə düşünməklə planlanmayıb. Bu binalar nə gələcəyin şəhər yükünü hesablayıb, nə də əhalinin artım tempinə uyğun infrastrukturu nəzərə alıb. "Çoban" bu günü düşünür, sabahı yox. Amma şəhər gələcək üçün qurulmalıdır.

Bəs bu “çoban memarlığı” təkcə bir şəxsin yaratdığı problemdirmi? Əsla. Tövlə tikməli olan şəxslərin Bakıda göydələnlər salmağa icazə alması, bu qədər ziyan vurmasına şərait yaradılması, yerli icra qurumlarının, şəhərsalma orqanlarının səssizliyi, hətta bəzən iştirakı bu faciənin kollektiv məsuliyyət daşıyıcılarını göstərir.
Yaxşı ki, bu şəhərdə dövlət qurumları, fondlar və bir neçə samballı tikinti şirkəti tərəfindən həyata keçirilən estetik və funksional layihələr də var. Alov Qüllələri, Heydər Əliyev Mərkəzi, Heydər Əliyev prospektində ucaldılan müasir və zövqlü komplekslər, Olimpiya stadionu, idman sarayları, “Ağ Şəhər” kimi şəhərciklər və digər yaşayış məkanları Bakının üzərində "çoban memarlığı"nın yaratdığı eybəcərliyi az da olsa, görünməz edir. Bu layihələr Bakının dünya miqyasında tanınan simasına töhfə verib, şəhərə nəfəs, estetika və dəyər qatıb.
Əgər binalar yanlız İsfəndiyarların zövqü ilə tikilsəydi, Bakının mənzərəsi daha eybəcər, qarışıq və üzücü olardı.
Amma nə qədər gözəl nümumələr tikilsə də, təəssüf ki, "çoban memarlığı"nın izini itirmək mümkün deyil. Bəlkə də artıq gecdir. Bununla belə, heç olmasa, bundan sonrası üçün bir dərs çıxarmağın vaxtıdır. Ən azı “mən çobandım, amma imperiya qurdum” sözlərini eşidəndə, onu deyənləri alqışlamayaq. Onlardan soruşaq: “O imperiyanın yerində nə qaldı? Qoyunlar, yoxsa insanlar?”
BakuPost
OXŞAR XƏBƏRLƏR

Bakıda “Vinçester”dən güllə yağışı yağdıran maqnat Şərurlu İsfəndiyarın oğlu barədə YENİ XƏBƏR
Şou əhli “Şərurlu İsfəndiyar”a təriflər yağdırdı: “O kişini şəxsən...” + VİDEO
“Şərurlu İsfəndiyar ağzına gələni danışır… Bir evi beş adama satandır” – Misir Mərdanov
Şərurlu İsfəndiyar məhkəməyə verildi
“Yenə çirkinsiniz” deyən izləyiciyə Sevil-Sevinc bacılarından cavab 2026-07-17 , 15:44
Nazilə Səfərli mərasim evlərini HƏDƏF ALDI 2026-07-17 , 15:39
Məktəblərdə sistem dəyişir: Repetitorluğa son qoyulur? 2026-07-17 , 15:37
"AZAL qəzası ilə bağlı bütün məsələlər həll edilib" 2026-07-17 , 15:36
Vüsalə "İncə səhər"dən getdi - VİDEO 2026-07-17 , 15:31
"Arıqlama dərmanları orqanizmdə qurd əmələ gətirir" 2026-07-17 , 15:27
İradə İsak estetik əməliyyatlarla bağlı müzakirələrə qoşuldu: "Bu qadınlara yox, kişilərə görə işləyir" 2026-07-17 , 15:19
Tanınmış müğənninin anası faciəvi şəkildə vəfat etdi 2026-07-17 , 15:17
Prezident İlham Əliyev İrlandiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib - FOTO 2026-07-17 , 15:12
Baş nazir Samir Şərifovu sədr TƏYİN ETDİ 2026-07-17 , 15:00
Görmə məhdudiyyətli namizəd MİQ-də 90 bal TOPLADI 2026-07-17 , 14:27
Mehriban Əliyeva jurnalistə dəstək oldu 2026-07-17 , 14:25
İlham Əliyev bu ölkə səfirlərini qəbul etdi 2026-07-17 , 13:49
Nəriman Həsənzadənin vəziyyəti ağırdır 2026-07-17 , 13:44
“Qayınatam mənə əl atır”– 6 aydır itkin düşən Söygülünün SON SÖZLƏRİ 2026-07-17 , 13:43
Bayramovla Lavrovun görüşü başladı - FOTO 2026-07-17 , 13:40
Zaur Baxşəliyev efirə qayıdır? - VİDEO 2026-07-17 , 13:39
Şuşadan dünyaya verilən mesajlar: Prezident İlham Əliyevin IV Qlobal Media Forumunda müəyyənləşdirdiyi yeni siyasi gündəm 2026-07-16 , 22:23
Milli Qəhrəmanın diplomat kürəkəni vəzifəsindən ayrıldı 2026-07-16 , 09:24
Evlərdən şirniyyat oğurlayan ayının axtarışlarına başlanıldı
"Səhifəmi açan kimi yazırsınız, mən nazirəm, kiməm?" — Naibə 2026-07-16 , 09:19
Villasını 8 milyona satırdı 100 dollara aldılar 2026-07-16 , 09:18
Minlərlə sürücünü üzəcək qərar - “Nissan” istehsalı dayandırır 2026-07-16 , 09:17
Lənkəranın icra başçısı özünə qadın müavin təyin etdi - FOTO 2026-07-16 , 09:14
Ayı Xocalıda evin həyətinə girdi - VİDEO 2026-07-16 , 09:12
Yaxşı ki, yatmamışdım - Evi yanan musiqiçi 2026-07-16 , 09:08
Aytən Səfərova:"Yazırlar ki, "nə boydadır?" - Video 2026-07-16 , 09:00
Sumqayıtda KÖRPÜDƏ TƏHLÜKƏLİ vəziyyət 2026-07-16 , 08:53
Məşhur psixoloqların əl yandıran qiymətləri – ARAŞDIRMA 2026-07-15 , 17:04
1 saatlıq nasazlıq xəstəxanada bu görüntünü yaratdı - Video 2026-07-15 , 16:51
Pulu versələr də, tez-tez qaranlıqda qalırlar - Abşeron sakinlərindən ŞİKAYƏT - VİDEO 2026-07-15 , 16:49
Hüseyndən Zaur Kamala: "Pulumu qaytar, 1500 manat..." 2026-07-15 , 16:43
İncəsənət Gimnaziyasında nə baş verir? - Rəsmi açıqlama 2026-07-15 , 16:16
Sumqayıtda qanunsuz söküntü iddiası 2026-07-15 , 16:14
Sumqayıtda 35 günlük körpə həkim səhlənkarlığının qurbanı olub?-TƏFƏRRÜAT 2026-07-15 , 16:13
Sumqayıtda piyada səkisini "stol-stul zəbt edib" 2026-07-15 , 16:11
Rəqsanə hovuz kənarında: “Qaşları həddən artıq dartılıb”, – dedilər - VİDEO 2026-07-15 , 16:09
Şirkətlər “AccessBank”dan pullarını geri çəkir 2026-07-15 , 16:05
"Kompleksim olsaydı, bu reklama çəkilməzdim" 2026-07-15 , 16:03
Tiktoker "Arzum"un həbsi ilə bağlı şok detallar 2026-07-15 , 01:31
Zaur Nəbioğluya vəzifə verildi 2026-07-15 , 01:17
Pünhan Piriyevin ölüm xəbəri yayıldı - VİDEO 2026-07-15 , 00:55