Dövlət məscid tikir ki, sən sökəsən? – Şərurlu İsfəndiyarın savadsızlığı
Tarix boyu kasıblığın dibindən zənginliyin zirvəsinə yüksələn kifayət qədər şəxslərin adını eşitmişik, görmüşük, onlar barədə oxumuşuq. Bunlar arasında 3-4 nəsil zənginlik yaşayan ailələr də var.
Amma bu şəxslərin heç biri yerində saymayıb, özünü inkişaf etdirib, təhsilini artırıb, əlavə dil öyrənib və s. Məsələn, Türkiyənin ən zəngin ailələrindən olan Sabancı ailəsinin üzvü Özdemir Sabancı milyardların içində “üzərkən” İsveçrədə oxuyub ixtisas sahibi olmuşdu.
Bu gün onun adına Türkiyədə təhsil ocaqları, gənclərin istifadə edə biləcəyi komplekslər var. Amma bu gün bizim Şərurlu İsfəndiyarın biznes üçün tikdiyi kompleksdən bir gənc istifadə edə bilməsi üçün, ömrünün 25 ilini daxili kredit şərtləri ilə xərcləməlidir…
Bu 25 ildə də “Şərur MTK”da üzləşdiyi problemlərən cana gəlməli, çarə olaraq mətbuata üz tutmalıdır və s.
Qısası, dünyanın məşhur nəşrlərinin, “Forbes”in “Bloomberg”in üz qapağını İlon Mask, Ceff Bozef zəbt etdiyi kimi, bizim də başa çatmaqda olan kasıb həftəmizin gündəm olan adamı Şərurlu İsfəndiyardır.
Ötən günlərdə alimlərin başına çobanlıq etməsi ilə öyünüb, sonda zəngin qəhqəhəsi çəkən İsfəndiyar bəy, bu gün deyib ki, imkanım olsaydı, məscidləri söküb yerində məktəb tikərdim.
Guya iş adamı öz aləmində məsələyə Mirzə Ələkbər Sabir satirası ilə yanaşıb.
Amma əslində, elə deyil. Adamın elmi savadı bir kənara, siyasi savadı lap tikdiyi binaların təməlindən də aşağı imiş. Siyasi savadı olan adam başa düşməlidir ki, Azərbaycan dövləti xüsusən də ötən 5 il ərzində işğaldan azad olunmuş ərazilərimizdə erməni vandallığına məruz qalan neçə-neçə məscidimizi bərpa edib, yenilərinin minarəsini ucaldıb.
Adama deyərlər ki, dövlət məscid tikir ki, sən onu sökəsən?
İkincisi, adama deyərlər, məktəb tikmək üçün mütləq şəkildə məscid sökmək lazımdırmı? Nəyə lazımdır axı bu pafos? İndiyədək hansı məktəbi tikmisən ki, yenisinə də yer axtarırsan?
Tamam, tutaq ki, adam haqlıdır, Bakıda tikdiyin binaların əlindən boş yer qalmayıb. Bəs, Qarabağ? Məktəb, təhsil ocağı tikmək üçün kifayət qədər viran edilən, düzənlik yerlər var. Lap Qarabağ olmasın, Şabranın Qazbabalı kəndi – həm Bakıdan, həm də təhsildən 130 km uzaqdadır. Bakıdan o kəndə ictimai əsaslarla dərs deməyə gedən Coşqun müəllim, kəndin uşaqlarına, hətta valideynlərinə bir evdə, bir otaqda dərs keçir. Sırf məktəb olmadığı üçün…
Həə, işinizə gəlməyəndə deyə bilərsiniz ki, əşşi, mənə nə qalıb? Bu, dövlətin, nazirliyin problemidir. Bu düşüncədəsinizsə, o zaman susun! Darvin deyirdi ki, elm dinin düşməni deyil, amma cahillik hər ikisinin düşməni idi.
Bu gün sadə bir azərbaycanlının 4-5 aylıq maaşını siz efirdə cibxərcliyi kimi göstərə, “Lacoste” köynəyi geyinə bilərsiniz. Bunu əsla unutmayın ki, geyindiyiniz o “Lacoste” köynəyini sizdən sonra istifadə edən olmayacaq. Amma bu gün minarələri ucalan məscidlər, tikilən məktəblər və o təhsil ocaqlarından çıxan uşaqlar Azərbaycanın sərvəti olacaq…
Qafqazinfo.az
OXŞAR XƏBƏRLƏR

Ölən hərbçimizlə bağlı yayılan paraşüt görüntüləri yalandır - Foto 2026-07-18 , 20:13
Vasif Məhərrəmli:"Hər iki halda sən axmaq adamsan" -- VİDEO 2026-07-18 , 17:29
"Qızlarınıza cehiz verməyin" - Video 2026-07-18 , 17:24
İran ABŞ aviabazasını vurdu: qırıcılar məhv edildi 2026-07-18 , 17:20
Türkanın müzakirə yaradan paylaşımı: "Qal yana-yana" - VİDEO 2026-07-18 , 17:15
Kadırov NATO-ya müharibə elan etdi 2026-07-18 , 17:10
"Ərinizin subay dostlarını evinizə buraxmayın" - Seda Sayan 2026-07-18 , 17:10
“MediHall Hospital”ın direktoru 25 min manat cərimələndi – Səbəb nədir? 2026-07-18 , 17:08
Ruhəngiz Allahverdiyeva: “Ondan yaxşı arvad olmaz” - VİDEO 2026-07-18 , 17:07
Nəfəs “Ağa”nı kimdən oğurlayıb? - 2 iranlı müəllifin adı hallanır 2026-07-18 , 17:01
Mətanət İsgəndərli plastik əməliyyat etdirdi 2026-07-18 , 16:56
Səməd Vurğun oğlunun rus bölməsində oxumasına niyə razı olmadı? 2026-07-18 , 16:53
Trampı öldürənə bu qədər pul verəcəklər: qisas planı hazırlandı 2026-07-18 , 16:52
Leyla Əliyeva Budapeştdə “Azərbaycan xalçaları – ənənədən müasir incəsənətə” sərgisinin təqdimatında - FOTO 2026-07-18 , 16:50
"O qadın boşanır ki, tüfeyli heyatını rahat yaşasın" - VİDEO 2026-07-18 , 16:48
Lalənin çimərlik geyimində görüntüləri müzakirə səbəb oldu - VİDEO 2026-07-18 , 16:00
İranın hücumları: Küveytdə bütün uçuşlar dayandırıldı 2026-07-18 , 15:57
“Yenə çirkinsiniz” deyən izləyiciyə Sevil-Sevinc bacılarından cavab 2026-07-17 , 15:44
Nazilə Səfərli mərasim evlərini HƏDƏF ALDI 2026-07-17 , 15:39
Məktəblərdə sistem dəyişir: Repetitorluğa son qoyulur? 2026-07-17 , 15:37
"AZAL qəzası ilə bağlı bütün məsələlər həll edilib" 2026-07-17 , 15:36
Vüsalə "İncə səhər"dən getdi - VİDEO 2026-07-17 , 15:31
"Arıqlama dərmanları orqanizmdə qurd əmələ gətirir" 2026-07-17 , 15:27
İradə İsak estetik əməliyyatlarla bağlı müzakirələrə qoşuldu: "Bu qadınlara yox, kişilərə görə işləyir" 2026-07-17 , 15:19
Tanınmış müğənninin anası faciəvi şəkildə vəfat etdi 2026-07-17 , 15:17
Prezident İlham Əliyev İrlandiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib - FOTO 2026-07-17 , 15:12
Baş nazir Samir Şərifovu sədr TƏYİN ETDİ 2026-07-17 , 15:00
Görmə məhdudiyyətli namizəd MİQ-də 90 bal TOPLADI 2026-07-17 , 14:27
Mehriban Əliyeva jurnalistə dəstək oldu 2026-07-17 , 14:25
İlham Əliyev bu ölkə səfirlərini qəbul etdi 2026-07-17 , 13:49
Nəriman Həsənzadənin vəziyyəti ağırdır 2026-07-17 , 13:44
“Qayınatam mənə əl atır”– 6 aydır itkin düşən Söygülünün SON SÖZLƏRİ 2026-07-17 , 13:43
Bayramovla Lavrovun görüşü başladı - FOTO 2026-07-17 , 13:40
Zaur Baxşəliyev efirə qayıdır? - VİDEO 2026-07-17 , 13:39
Şuşadan dünyaya verilən mesajlar: Prezident İlham Əliyevin IV Qlobal Media Forumunda müəyyənləşdirdiyi yeni siyasi gündəm 2026-07-16 , 22:23
Milli Qəhrəmanın diplomat kürəkəni vəzifəsindən ayrıldı 2026-07-16 , 09:24
Evlərdən şirniyyat oğurlayan ayının axtarışlarına başlanıldı
"Səhifəmi açan kimi yazırsınız, mən nazirəm, kiməm?" — Naibə 2026-07-16 , 09:19
Villasını 8 milyona satırdı 100 dollara aldılar 2026-07-16 , 09:18
Minlərlə sürücünü üzəcək qərar - “Nissan” istehsalı dayandırır 2026-07-16 , 09:17
Lənkəranın icra başçısı özünə qadın müavin təyin etdi - FOTO 2026-07-16 , 09:14