Yenilik.Az
www.Yenilik.Az » "Toyuq ətindən hazırlanmış farşlara sümük qatılır, öldürücü bakteriya və..." - Marketlərdən pulla aldığımız TƏHLÜKƏ

"Toyuq ətindən hazırlanmış farşlara sümük qatılır, öldürücü bakteriya və..." - Marketlərdən pulla aldığımız TƏHLÜKƏ

2023-09-01 , 14:54

Marketlərdə alıcılara müxtəlif firmalara məxsus toyuq əti və toyuq ətindən hazırlanmış farşlar təqdim olunur. Bəzi hallarda isə cəmiyyətə çox da tanış olmayan brendlərin də belə məhsullarının ucuz qiymətə təklif edildiyini görürük. Aşağı qiymətlərlə satışa çıxarılan toyuq əti isə alıcıların diqqətini çəkir. Maraqlıdır, marketlərdən toyuq məhsulları alarkən hansı məqamlara diqqət yetirməliyik? Keyfiyyətsiz məhsulu ayırd etməyin yolu varmı və ümumiyyətlə, belə məhsullara güvənmək olarmı Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən qida məsələləri üzrə mütəxəssis Ağa Salamov marketlərdə satılan toyuq məhsullarının bəzi hallarda qida zəhərlənmələrinə səbəb olduğunu deyib: "Toyuq məhsullarını alarkən maksimum diqqətli olmaq lazımdır, çünki toyuqda olan "Salmonella" adlı bakteriya öldürücü gücə malikdir. Bakteriya əsasən qanadlı heyvanlarda, onların yumurtalarında mövcud olur. Bu bakteriyanın miqdarı normal həddi aşmırsa, öldürücülük yaratmır, amma toyuq kəsimindən sonra ət düzgün şərtlər altında saxlanılmasa, marketlərdə və digər müəssisələrdə emal proesinə riayət olunmasa, bu, qida zəhərlənməsinə gətirib çıxarar".

 
Ekspert bəzən marketlərdə təqdim olunan çəkilmiş toyuq ətinin içərisində qidaya yararlı olmayan hissələrin də olduğunu bildirib:
 
"Bəzən toyuq farşları alıcılara ucuz qiymətə təqdim olunur. Bu da əksər hallarda farşın hazırlanmasında ətin çıxıntılarından yox, sümükdən də istifadə edilməsindən qaynaqlanır. Biz belə halların qarşısının alınması üçün toyuq ətini çəkilmiş halda yox, bütöv halda almağı məsləhət görürük. Yaxud, toyuğun sinə hissəsini almaq, evdə və ya marketdəcə qiymə halına gətirmək olar. Bu, ən təhlükəsiz variantdır. Marketdə satılan çəkilmiş toyuq ətlərinin içində ətin, sümüyün, ümumiyyətlə nəyin olduğu bilinmir. Toyuğun tullantı hissəsini farş edib satanlar var və buna görə bacardığımız qədər bu tip hazır versiyalardan uzaq olmalıyıq. Eyni zamanda ətin bişirilmə qaydasında, daşınmasında qırılmalar olmasa, qida zəhərlənmələri halı da baş verməz".

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.