Yenilik.Az
www.Yenilik.Az » Aparıcı ilə "Space TV" arasındakı məhkəmədə qərar verildi

Aparıcı ilə "Space TV" arasındakı məhkəmədə qərar verildi

Aparıcı ilə
2023-11-17 , 15:34

Xəbər verdiyimiz kimi, aparıcı Zamirə Dadaşova "Space TV"nin rəhbəri Vado Korovi məhkəməyə vermişdi.

 
Yenilik.az  axşam.az-a istinadən bildirir ki, məlumatına görə, aparıcı məhkəmənin növbəti iclasının bu gün baş tutduğunu açıqlayıb. O bildirib ki, məhkəmədə qalib gəlib:
"Dostlar, bu dəfə də qalibəm. Bu gün Yasamal rayon məhkəməsində Vado Karovinə ("Space TV"nin rəhbəri - red.) qarşı iddia tələbim təmin edildi.
Məhkəmənin qərarı ilə Space MMC də işə bərpa olunmalı, işə bərpa olunan günə qədər bütün əməkhaqqım ödənilməli və vəkilə ödədiyim rüsumu da cavabdeh ödəməlidir. Sənədlərdə o qədər yanlışlıqlara yol veriblər ki, gördükcə şoka düşürəm".
Qeyd edək ki, Zamirə heç bir xəbərdarlıq edilmədən işdən çıxarıldığını, daha sonra isə əmək kitabçasının ona verilmədiyini bildirmişdi.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.