Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Şeyx Əbdül oğlunun işdən çıxarılmasından danışdı: “Belə ədalətsizlik olarmı?”

Şeyx Əbdül oğlunun işdən çıxarılmasından danışdı: “Belə ədalətsizlik olarmı?”

Şeyx Əbdül oğlunun işdən çıxarılmasından danışdı: “Belə ədalətsizlik olarmı?”
2023-05-18 , 14:33

Xəbər verdiyimiz kimi Əmək və Əhalinin Sosial Müdafiəsi naziri tanınmış Xalq artisti, kinorejissor-aktyor Şeyx Əbdül Mahmudovun oğlunu işdən çıxarıb. Belə ki, nazir Sahil Babayevin müvafiq əmri ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyinin baş əmək müfəttişi(kiçik müşavir) Babək Mahmudov tutduğu vəzifəsindən azad olunub.


“Mənim oğlumu haqsız yerə işdən çıxarıblar. Övladımı niyə küsdürürlər?” Bu sözləri Xalq artisti Şeyx Əbdül Mahmudov oğlunun işdən çıxarılması ilə bağlı Musavat.com-a danışarkən bildirib.

Xalq artisti oğlunun 16 il nazirlikdə çalışdığını deyib:

“Oğlum universiteti bitirdikdən sonra CV-ni verdi və nazirliyə işə qəbul olundu. 16 ildir ki, nazirlikdə işləyirdi. Lakin Səlim Müslümov işdən çıxdıqdan sonra onun işində narazılıqlar yaranmağa başladı. Bir gün oğlum gəlib dedi ki, ata, məni işdən çıxartmaq istəyirlər, ərizə yazmaq istəyirəm. Mən də dedim ki, ərizə yazma, özləri çıxardanda işini tərk edərsən. Daha sonra işini başqa yerə köçürdülər. Oğlum bu dəfə dedi ki, yeni iş yeri, iş şəraiti çox çətindir, tez-tez haqsız irad və tənqidlərlə üzləşir. Ona görə də axırda ərizəsini yazıb, çıxdı.

İndi evdədir, bir övladı var. Yəqin ki, gələcəkdə uyğun iş çıxarsa, gedib işləyər. Lap fəhləlik edər, ailəsi, övladı üçün işləməlidir. Amma onun işdən çıxarılmasını haqsızlıq hesab edirəm”.

Qeyd edək ki, Xalq artistinin oğlu Babək Mahmudov "manset.az"a açıqlamasında işdən çıxarılmasını bu cür izah edib:

"Elə şərait yaratdılar ki, mən də nazirin adına ərizə yazaraq işdən çıxdım. 16 ildir ki, nazirliyin müxtəlif strukturlarında bir sıra vəzifələrdə çalışmışam".

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.