Yenilik.Az
www.Yenilik.Az » Aqşin Fatehin restoranında yoxlama - Saxta içkilər aşkarlandı - FOTOLAR

Aqşin Fatehin restoranında yoxlama - Saxta içkilər aşkarlandı - FOTOLAR

Aqşin Fatehin restoranında yoxlama - Saxta içkilər aşkarlandı - FOTOLAR
2026-02-05 , 12:21

Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Ə.Rəcəbli küçəsi, ev 3, m 15 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Xəlilzadə Hüseyn İsa oğluna məxsus “By Fateh” ictimai iaşə obyektində plandankənar yoxlama keçirilib.


Yenilik.az xəbər verir ki, yoxlama zamanı müəssisənin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi, emal sahələrində havalandırma sisteminin quraşdırılmadığı, xammal ət məhsullarına dair müşayiətedici sənədlərinin olmadığı, yararlılıq müddəti bitmiş qida məhsullarının istehlaka təqdim edildiyi məlum olub. Eyni zamanda satış üçün nəzərdə tutulmuş aşkar saxtalaşdırılma əlamətləri olan “Chivas” əmtəə nişanlı alkoqollu içkilər aşkarlanıb.

Faktla bağlı obyekt rəhbərliyi barəsində inzibati xəta haqqında protokol tərtib olunub, qida təhlükəsizliyi tələblərinə uyğun olmayan məhsulların dövriyyəsinin qadağan edilməsi ilə bağlı məhdudlaşdırıcı qərar qəbul edilib. Nümunələr götürülərək laboratoriyaya təqdim edilib.

Qeyd edək ki, "By Fateh" restoranının sahibi meyxanaçı Aqşin Fatehdir.Bakupost.az
Bakupost.azBakupost.azBakupost.azBakupost.azBakupost.az


Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.