Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Bakıda zorla maşına mindirilən qadın hər şeyi DANIŞDI

Bakıda zorla maşına mindirilən qadın hər şeyi DANIŞDI

Bakıda zorla maşına mindirilən qadın hər şeyi DANIŞDI
2023-03-01 , 09:53

Atası, əri və qayınanası zorla avtomobilə mindirir.

Hətta qolu qapının arasında qalmasına baxmayaraq, onu maşına itələyirlər.
Qadın maşından düşüb qaçmağa cəhd etsə də, istəyinə nail ola bilmir...
Yenilik.az xəbər verir ki, Xəzər TV sosial şəbəkələrdə müzkirə olunan videodakı qadınla əlaqə yaradıb.
Videodakı qadın 22 yaşlı Elvina Əhmədovadır. Onunla telefonla həmsöhbət olduq. Həyatının təhlükə altında olduğunu bildirən qadın nə üzünün görünməsini, nə də yaşadığı ünvanın bilinməsini istədi. Elvinanın iddiasına görə, başına gətirilənlər o kadrlarda görünəndən daha betərdir.
Elvinanın sözlərinə görə, illərdir çəkdiyi zülmlərə dözmədiyi üçün boşanmağa qərar verib və 3 yaşlı oğlu ilə birgə evi tərk edib. Qayınanası da öz doğma bibisidir.
Elvina uşaq vaxtı anasını ititib. Daha sonra isə analığı ilə böyüyüb.
Məsələdə adı hallanan Elvinanın qayınanasının yaşadığı ünvanda da olduq. Qapını döysək də, səsinin efirə verilməsini istəmədiyini bildirən bir ailə yaxını ilə həmsöhbət olduq. Həmin qadının sözlərinə görə, Elvinanın qayınanası Yaqut xanım və həyat yoldaşı Fərid bəy hazırda xəstəxanadadırlar. Onun sözlərinə görə, Elvinanın maşına o şəkildə mindirilməsində məqsəd onu incitmək yox, hazırda birlikdə qaldığı insanlardan uzaq tutmaq olub. Xanım onu da dedi ki, Elvinanın boşanmağına ailə qarşı deyil, onlar sadəcə onun ətrafındakı insanlardan narahatdırlar. Hazırda Elvinanın 3 yaşlı övladı isə Elvinanın atasındadır.
Biz də Elvinanın atası Yengibar bəylə telefon əlaqəsi saxladıq. Onun sözlərinə görə, qızı yanvarın 9-da onlara demədən evi tərk edib.
Yengibar bəy bildirdi ki, əgər qızı boşanmaq istəyirsə, ona dəstək olmağa hazırdır. Sadəcə, qızı boşanıb ata yurduna qayıtsın, başqa şəxslərlə birlikdə qalmasın. Yengibar bəyin sözlərinə görə, hazırda qızı isə bağlı o da hüquq-mühafizə orqanlarına şikayət edib və məsələnin qanuni müstəvidə həll olunmasını istəyir.





Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.