Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Nazirdən dövlət imtahanının ləğvi ilə bağlı xəbərə - Reaksiya

Nazirdən dövlət imtahanının ləğvi ilə bağlı xəbərə - Reaksiya

Nazirdən dövlət imtahanının ləğvi ilə bağlı xəbərə - Reaksiya
2023-03-13 , 15:46

“Ali təhsil müəssisələrində dövlət imtahanlarının ləğvi yeni məsələ deyil. Bu, 2020-ci təsdiq olunan təhsil standartında var idi”.

Yenilik.az xəbər verir ki, bunu “Report”a açıqlamasında elm və təhsil naziri Emin Əmrullayev deyib.
Nazirin sözlərinə görə, 2023-2024-cü ildə ali təhsil müəssisəsini bitirənlər dövlət imtahanı verməyəcəklər: “2020-2021-ci ildə universitetə qəbul olanlar ali məktəbi bitirəndə dövlət imtahanı verməyəcəklər. Dövlət imtahanı verənlər isə köhnə standartlarla təhsil alanlardır”.
Qeyd edək ki, daha əvvəl ali təhsil müəssisələrində dövlət imtahanı ləğv olunması ilə bağlı məlumat yayılmışdı. Elm və Təhsil Nazirliyinin Elm sektorunun müdiri Turxan Süleyman APA-ya açıqlamasında yeni təhsil standartında dövlət imtahanı deyilən anlayışın olmadığını bildirmişdi: "Bu il ali təhsil müəssisələrinin I və II kursunda təhsil alanlar ali məktəbi bitirdikdə dövlət imtahanı verməyəcəklər. Dövlət imtahanı verənlər köhnə standartla təhsil alanlardır".

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.