Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Prezident: “Laçın rayonunun təhlükəsizliyinin qorunması bizim əsas vəzifələrimizdən biridir”

Prezident: “Laçın rayonunun təhlükəsizliyinin qorunması bizim əsas vəzifələrimizdən biridir”

Prezident: “Laçın rayonunun təhlükəsizliyinin qorunması bizim əsas vəzifələrimizdən biridir”
2023-03-28 , 14:34

“Bundan sonra Laçın rayonunun həm təhlükəsizliyinin qorunması, həm oraya keçmiş məcburi köçkünlərin tezliklə qaytarılması bizim üçün əsas vəzifələrdən biridir”.

Yenilik.az xəbər verir ki, bu fikri Prezident İlham Əliyev Məsim Məmmədovu Prezidentin Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda xüsusi nümayəndəsi təyin olunması ilə əlaqədar qəbul edərkən söyləyib.
Laçın rayonunun təhlükəsizliyi ilə bağlı atılan addımlardan danışan dövlətimizin başçısı deyib ki, Ermənistanla sərhəd istiqamətləri üzrə bütün mühəndis-istehkam işlərinin başa çatmaq üzrədir: “Beləliklə, bu gün biz Azərbaycan-Ermənistan sərhədi istiqamətində çox əlverişli mövqelərə sahib olmuşuq və bu mövqelərdə özümüzü gücləndiririk, bu mövqelərdə qalacağıq”.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.