Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Məktəbdə azyaşlı şagirdə pəncərə sildiriblər?

Məktəbdə azyaşlı şagirdə pəncərə sildiriblər?

Məktəbdə azyaşlı şagirdə pəncərə sildiriblər?
2023-03-28 , 16:33

Azərbaycanda şagirdin məktəbin pəncərəsini sildiyinə dair görüntülər yayılıb.
ARB TV-də yayımlanan “Günə Doğru” verilişində hazırlanan süjetdən aydın olur ki, görüntülər Xırdalan şəhər 10 nömrəli tam orta məktəbdə lentə alınıb.
Məktəbin təmizliyi şagirdin öhdəlikləri sırasında olmasa da, kimsə azyaşlıya bu işi gördürür. Üstəlik bu işi görərkən heç bir təhlükəsizlik tədbirinin görülməməsi də problemin digər tərəfidir. 
Yayılan video ilə bağlı təhsil müəssisəsindən heç bir açıqlama verilməyib.
Məsələ ilə bağlı Abşeron-Xızı Regional Təhsil İdarəsinin məsul şəxsi Səbinə Məmmədova isə açıqlamasında qeyd edib ki, videoda görünən uşaq həmin məktəbin şagirdi deyil, məktəbdə çalışan xadimənin övladıdır.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.