Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Cavan Zeynallının xanımının ölümünə səbəb nə olub?

Cavan Zeynallının xanımının ölümünə səbəb nə olub?

Cavan Zeynallının xanımının ölümünə səbəb nə olub?
2023-03-30 , 13:21

Xalq artisti Cavan Zeynallı dünyasını dəyişən həyat yoldaşı Röya Zeynalovadan danışıb ağlayıb.

Yenilik.az xəbər verir ki, "Günün sədası" verilişində qonaq olan caz ifaçısı xanımının 5 ay yataq xəstəsi olmasından danışıb: 
"Onun haqda danışmaq mənim üçün çətindir. Röya 5 ay xəstəxanalar gəzdi. Mən də onunla qalırdım xəstəxanada. Həkimlər dedi ki, bir az keçsin, oturacaq. Nə gəzirdi, nə otururdu. 5 ay uzanıqlı qaldı. 3-cü ayda başqa xəstəxanaya apardım, dedilər ki, 3 ay keçəcək arabada çıxıb gəzə biləcək. Elə sevindim ki... Oldu, apardım gəzdirdim gətirdim. Sevindim ki, aylar sonra həyat gördü. Amma yenə də uzanırdı. Evə gəlmək istədi, gətirdik. Həkimlər evə gəlirdilər, müalicə, masaj edirdilər. Yemək yemirdi".
Aparıcı Nanə Ağamalıyeva deyib ki, Röyanın dünyasını dəyişməsinə səbəb bədəninə ilbiz qoyulması olub:
"Röya xanım sağlam bir xanım idi. Bu, el arasında yayılan və bilinən üsuldur. Amma Röya xanımda ilbiz düzgün yerə qoyulmayıb və fəsad əmələ gəlib. Problem həddindən artıq çox böyüyüb. Düzgün müalicə aparılıb, aparılmayıb bilmirəm".
"Efirdəyik, evdə olsaydıq danışardım. İndi bizə milyonlarla insan baxır, olmaz. Çox şey ürəyimdədir" deyə, C.Zeynallı reaksiya verib. 

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.