Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Bakı metrosunda TƏHLÜKƏLİ ANLAR: Sərnişindən ağlasığmaz hərəkət

Bakı metrosunda TƏHLÜKƏLİ ANLAR: Sərnişindən ağlasığmaz hərəkət

Bakı metrosunda TƏHLÜKƏLİ ANLAR: Sərnişindən ağlasığmaz hərəkət
2023-03-31 , 13:20

Bakı metrosunda sərnişin özbaşınalığı təhlükəli vəziyyət yaşadıb.

Yenilik.az xəbər verir ki, bu barədə videogörüntü sosial şəbəkədə paylaşılıb. 
Belə ki, gənc sərnişin qatar hərəkətdə olarkən vaqonlararası keçid qapısını açıb. Bu da yetməzmiş kimi digər vaqona tərəf uzanaraq pəncərəni döyüb, geri qayıdır. Qeyd edək ki, hadisə metronun “Nizami” stansiyasında qeydə alınıb.
Bu vəziyyət digər sərnişinlər üçün də təhlükəli vəziyyət yaradıb.
“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, yayılan videogörüntülərlə bağlı məsələ araşdırmaya verilib. 
DİN-in Mətbuat Xidmətindən bildiriblər ki, yayılan görüntülərdən məlumatlıdırlar:
“Məsələ ilə bağlı Bakı şəhər Baş Polis İdarəsi Metropolitenində Polis İdarəsində araşdırmalar aparılır”.



Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.