Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Sürücü həm özünü, həm başqalarını təhlükəyə atdı

Sürücü həm özünü, həm başqalarını təhlükəyə atdı

Sürücü həm özünü, həm başqalarını təhlükəyə atdı
2023-04-28 , 13:04

Avtomobili kapotu açıq vəziyyətdə idarə edən sürücü həm özü, həm də digər hərəkət iştirakçıları üçün təhlükə törədib.

Yenilik.az xəbər verir ki, hadisəni əks etdirən görüntülər sosial şəbəkələrdə yayılıb.
Belə ki, Bakı-Sumqayıt yolunun Xırdalan qəsəbəsindən keçən hissəsində “Hyundai” markalı avtomobilin sürücüsü onu ön kapotu açıq vəziyyətdə idarə edib.
Şəbəkə istifadəçiləri avtomobilin yüksək sürətlə idarə edildiyini və mühərrik hissəsində tüstülənmə olduğunu da vurğulayaraq, durumun qəzalı vəziyyət yaratmasından narahatlıq ifadə ediblər.
Videogörüntünü təqdim edirik:


Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.