Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Araz Abdullayev təkər qaraldan oğlanı söydü, vurdu

Araz Abdullayev təkər qaraldan oğlanı söydü, vurdu

Araz Abdullayev təkər qaraldan oğlanı söydü, vurdu
2023-04-29 , 10:26

Azərbaycan millisinin sabiq futbolçusu Araz Abdullayev növbəti dəfə qalmaqalla gündəmə gəlib.

Oxu.Az xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkələrdə paylaşılıb. Yayılan videoda hazırda klubsuz olan 31 yaşlı futbolçunun Kənan adlı gənci söydüyü və vurduğu görünür.
Hadisənin Bakıda, Ağ Şəhər ərazisində baş verdiyi bildirilir. Arazın vurduğu gəncin təkər qaraltmaqla məşğul olduğu deyilir.
Xatırladaq ki, daha əvvəl, 2013-cü ildə A.Abdullayev idarə etdiyi avtomobillə qəza törədib bir nəfərin ölümünə səbəb olmuşdu. Bundan başqa da bir neçə dəfə onun avtoxuliqanlıq etməsi ilə bağlı görüntülər müzakirələrə səbəb olub.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.