Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Bu ilin ilk Ay tutulması başlayıb

Bu ilin ilk Ay tutulması başlayıb

Bu ilin ilk Ay tutulması başlayıb
2023-05-05 , 19:35

Bu ilin ilk Ay tutulması hadisəsi başlayıb. Bu hadisə yarımkölgəli Ay tutulmasıdır.

N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından bildirilib ki, tutulma hadisəsi saat 19:14-də başlayıb və saat 23:31-də sona çatacaq. Tutulmanın maksimumu saat 21:24-də qeydə alınacaq.
Tutulma hadisəsini Cənub-Şərqi Avropa, Asiyanın böyük hissəsi, Avstraliya, Afrika, Sakit okean, Atlantik, Hind okeanı, Antarktidada görmək mümkündür.
Qeyd edək ki, tutulma başlayanda Ay üfüqdən aşağıda olduğuna görə tutulma hadisəsi Azərbaycanda saat 19:38-dən etibarən müşahidə olunacaq.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.