Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Azərbaycan-Özbəkistan İnvestisiya Fondu yaradılır

Azərbaycan-Özbəkistan İnvestisiya Fondu yaradılır

Azərbaycan-Özbəkistan İnvestisiya Fondu yaradılır
2023-05-12 , 14:31

Azərbaycan-Özbəkistan İnvestisiya Fondu yaradılır.

“Qafqazinfo” xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında Azərbaycan-Özbəkistan İnvestisiya Fondunun yaradılması haqqında” Sazişin təsdiq edilməsi barədə” qanun layihəsində öz əksini tapıb.
Fondun yaradılması barədə Sazişə əsasən, baş ofis Daşkənddə, nümayəndəlik isə Bakıda olacaq.
Fondun nizamnamə kapitalında Azərbaycanın payı 75%, Özbəkistanın payı isə 25%-dir.
Fond gələcək layihələrə tərəfdaş olacaq. Fondun təsisçiləri Sazişin qüvvəyə minməsindən sonra 60 gün ərzində müəyyən ediləcək. Fondun nizamnamə və investisiya qaydalarının hazırlanması üçün məsləhətçi şirkət cəlb ediləcək.
Fondun Azərbaycan və Özbəkistan, eləcə də 3-cü ölkələrə investisiya qoyması nəzərdə tutulub. İnvestisiya Fondunun nizamnamə kapitalının yuxarı həddi 500 min ABŞ dolları müəyyən edilib.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.