Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Moskvada Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin üçtərəfli görüşü baş tuta bilər

Moskvada Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin üçtərəfli görüşü baş tuta bilər

Moskvada Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin üçtərəfli görüşü baş tuta bilər
2023-05-16 , 16:25

Mayın 19-da Moskvada Azərbaycan, Ermənistan və Rusiya xarici işlər nazirləri arasında görüş keçirilə bilər.

Bu barədə Ermənistan xarici işlər nazirinin müavini Paruyr Ovannisyan yerli KİV-ə açıqlamasında bildirib.
Onun sözlərinə görə, görüş Azərbaycan XİN başçısı Ceyhun Bayramovla Ararat Mirzoyan arasında danışıqların növbəti raundu çərçivəsində görüşdə rusiyalı həmkarları Sergey Lavrov da iştirak edə bilər.
“Mayın 19-da görüşün baş tutacağı dəqiqləşdirilib, lakin xarici işlər nazirlərinin üçtərəfli formatda, yoxsa ayrı-ayrılıqda görüşəcəyi hələ məlum deyil”, - deyə Ovannisyan bildirib.
Xatırladaq ki, bundan əvvəl mayın 19-da Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyanın sülh müqaviləsinin mətnini müzakirə edəcəkləri ilə bağlı xəbər yayılıb.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.