Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Səməd Seyidov: “Fəxr edirik ki, yəhudilərlə qan qohumluğumuz mövcuddur”

Səməd Seyidov: “Fəxr edirik ki, yəhudilərlə qan qohumluğumuz mövcuddur”

Səməd Seyidov: “Fəxr edirik ki, yəhudilərlə qan qohumluğumuz mövcuddur”
2023-05-31 , 16:02

"Azərbaycan və İsrail dövlət başçılarının görüşü tarixi əhəmiyyət daşıyır. Ona görə ki, İsrail dövlətinin 75 illik müstəqilliyini biz Azərbaycanda İsrail Prezidenti ilə birlikdə qeyd edirdik. Bu, o deməkdir ki, iki dövlət arasında artıq ən yüksək səviyyədə münasibətlər formalaşıb və bu dünyaya da verilən bir mesajdır". 

Bu fikirləri Demokrat.az-a Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov İsrail Prezidentinin Azərbaycana səfərini şərh edərkən deyib.
Millət vəkili bidirib ki, bu, Azərbaycanın tolerant, millətlərarası münasibətlərdə düzgün siyasət apardığına da dəlalət edir:
"Həmçinin, Azərbaycanın güclü, əhəmiyyətli və geniş əhatəli əlaqələrinin olmasına işarə edir. İsrail Yaxın Şərqdə və dünyada baxmayaraq ki, balaca bir dövlətdir, ancaq çox nüfuzlu, yüksək səviyyəli və güclü bir dövlətdir. Azərbaycanın İsrail ilə münasibətləri həm Azərbaycanı dünyada öz əlaqələri nöqteyi-nəzərdən tamamilə yeni bir müstəviyə yüksəldir, həm də İsrailin regionda yeni bir mərhələyə yüksəlməsinə dəlalət edir. 
Hesab edirəm ki, bundan sonra bizim münasibətlərimiz bütün sahələrdə: hərbi, siyasi, təhsil, səhiyyə, iqtisadi və s. sahələrdə ən yüksək səviyyədə inkişaf edəcək".
S.Seyidov qeyd edib ki, yəhudilər Azərbaycan ilə nəinki çiyin-çiyinə vuruşublar, eyni zamanda Azərbaycanda yaşayan yəhudilər ərazi bütövlüyümüz uğrunda qəhrəmanlıqlar da göstəriblər: 
"Hətta, yəhudilər arasında Azərbaycan üçün öz canlarından keçənlər var. Biz onlara heykəl ucaltmışıq. Təkcə Albert Aqarunovun adını çəkmək kifayətdir. Bakının ən görkəmli yerində onun heykəli var. Ona görə də bu münasibətlər artıq dostluq deyil, qardaşlıqdır. Bu, birgə düşüncə, baxışdır. Bu gün Azərbaycanın İsrail ilə bu səviyyədə münasibətlərində əsas rollardan biri məhz yəhudilərin Azərbaycanda sadəcə bir milli azlıq kimi yox, o cümlədən də bu torpağın ən layiqli vətəndaşları olmasındadır. Biz fəxr edirik ki, yəhudilərlə belə əlaqələrimiz, münasibətlərimiz, qardaşlığımız və qan qohumluğumuz mövcuddur". 

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.