Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » "Dərman vasitələrinin qiymətləri daim artmaqdadır" - Fazil Mustafa 

"Dərman vasitələrinin qiymətləri daim artmaqdadır" - Fazil Mustafa 

2023-06-06 , 17:43

"Azərbaycanın dövlət büdcəsində bəzi xərclərin azaldılmasına ehtiyac var".

Yenilik.az-ın məlumatına görə, bunu parlamentin bu gün keçirilən plenar iclasında millət vəkili Fazil Mustafa bildirib.

Deputatın sözlərinə görə, ölkədə dərman qiymətləri həddindən artıq yüksəkdir, amma bunun qarşısının alınması üçün heç bir addım atılmır.

“Bir seçicim 100 manatlıq dərmanı 300 manata aldığını bildirir. Çünki buna məcburdur. Ölkədə dərman vasitələrinin qiymətləri daim artmaqdadır. Banqladeş, Hindistan dərmanları ölkəyə gətirilir. Avropa dərmanları, demək olar ki, yoxdur. Bundan başqa Türkiyə istehsalı olan dərmanların ölkəyə gətirilməsinə nail ola bilmədik. Qanunda var ki, dərmanın tərkibi Azərbaycan dilində qeyd olunmalıdır. Amma əhali türk dilində başa düşür, anlayır. Heç olmasa Türkiyə istehsalı olan dərmanların ölkəyə gətirilməsini təmin etməliyik, - deyə millət vəkili dərmanlarla bağlı vəziyyətdən şikayətlənib.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.