Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » İlkin Həsəni bu yollardan şikayətləndi - Video

İlkin Həsəni bu yollardan şikayətləndi - Video

İlkin Həsəni bu yollardan şikayətləndi - Video
2023-06-08 , 13:21

Aparıcı İlkin Həsəni Süleyman Vəzirov küçəsindəki piyada keçidindən şikayətlənib.

Yenilik.az xəbər verir ki, o, instaqram hesabında video paylaşaraq Xətai rayonundakı yolların vəziyyəti barədə danışıb. İlkin qurumu tənqid edərək sözügedən əraziyə diqqət yetirmədiklərini söyləyib:
"Sizə danışım Süleyman Vəzirov küçəsindən. Artıq neçə ildir bu ərazidə yaşayıram. Bura Xətai Rayon İcra Hakimiyyətinin binasının düz arxasında piyadalar üçün olan səkidir və illərdir belə bir vəziyyətdədir. Təsəvvür edin ki, icra hakimiyyəti binasının arxasında əgər yol belə bərbad vəziyyətdədirsə, görün, rayonun digər yerlərində vəziyyət necədir: nə maşın, nə piyada, nə uşaq , nə də əlil arabası keçə bilir, heç kim. Avtomobil Yolları Dövlət Agentliyi, nəzərinizə çatdırım ki, Bakı şəhəri təkcə Neftçilər prospektindən ibarət deyil. Bakı şəhərinin digər küçələri də var. Eləcə də Süleyman Vəzirov küçəsi. Bu küçəni axırıncı dəfə nə vaxt xətləmisiniz? Baxın, qarşıda piyada keçidi var. Keçidin yalnız nişanları var. Bura piyada keçididir, amma xətti yoxdur. Gedirik qarşıya, ortada da xətt yoxdur. Yalnız bu təmir olunanda xətt çəkilib, ondan sonra yox". 

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.